Ərdoğan: Türk dünyası regionun təhlükəsizliyində daha effektiv rol oynaya bilər

Ərdoğan: Türk dünyası regionun təhlükəsizliyində daha effektiv rol oynaya bilərTürk dünyası regionun sabitlik və təhlükəsizliyinin təminatı üçün daha effektiv rol oynaya bilər.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstandan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
"Bildiyiniz kimi, biz həmişə Türk dünyası ilə əlaqələrə dəyər verən bir iqtidar olmuşuq. Türk Dövlətləri Təşkilatı ilə də bunu taclandırmağın qürur hissini yaşayırıq. "Ailə Məclisimiz" olaraq gördüyümüz bu təşkilatın strukturunda hər növ əməkdaşlıq var, bütün fürsətləri dəyərləndirməyə çalışırıq. Birlikdə inkişaf edəcəyimizə inanırıq. Bütün platformalarda Türk dünyasının regionumuzun sabitlik və təhlükəsizliyi üçün daha effektiv rol oynaya biləcəyini deyirik", - Türkiyə Prezidenti bildirib.
Ərdoğan Türk dünyasının iqtisadi, mədəni, strateji nöqteyi-nəzərdən potensialının çox yüksək olduğunu və bu potensialın istifadə olunması üçün addımlar atıldığını vurğulayıb.
O, bu potensialın diplomatiya, enerji, ticarət, nəqliyyat, təhlükəsizlik, müdafiə sahələri başda olmaqla, müxtəlif sahələrdə mövcud olduğunu qeyd edib.
"Bu il Türk Dövlətləri Təşkilatının Zirvəsi ölkəmizin ev sahibliyində həyata keçiriləcək. Sədr olduğumuz müddətdə təşkilatın güclənməsi üçün böyük səy göstərəcəyik", - Türkiyə lideri əlavə edib. / azxeber.com

Siyasi       Tarix: 16 may 2026
f Paylaş

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber.az son xəbər ensonxeberler xeberler bugun