Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının şərtini açıqlayıb
"Sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Yaxşı qonşuluq əlaqələrinin təməlini də bu anlayış yaradır".
Azxeber.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.
"Bu məsələlərdə Ermənistanın Azərbaycanla problemlərini həll etmə yönündə səmimi bir iradə sərgiləməsi lazımdır. Azərbaycanla səmimi bir iradə ortaya qoyacağı təqdirdə Türkiyənin Ermənistanla olan əlaqələrinin də normallaşmasının qarşısında heç bir əngəl qalmayacaq", - deyə dövlət başçısı vurğulayıb.
Ərdoğan bildirib ki, dünyanın bu gözəl bölgəsində sülh içində yaşamaq mümkündür: "Ermənistanın da davamlı sülhün yaradılması istiqamətində atacağı addımının qarşılığını Türkiyənin eyni niyyətlə verəcəyini bir daha xüsusi olaraq vurğulayıram".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı