Ərdoğan və Əsəd Putinin təklifi ilə telefon danışığı apara bilər - KİV

Ərdoğan və Əsəd Putinin təklifi ilə telefon danışığı apara bilər - KİV"Ərdoğan və Əsəd Putinin təklifi ilə telefon danışığı apara bilər".
KONKRET.az xəbər verir ki, bu barədə türk mətbuatı Türkiyə hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd ölkənin şimalındakı vəziyyətlə bağlı birbaşa telefon danışığı apara bilərlər. Bu ideyanı Türkiyə və Suriya liderinə Rusiya Prezidenti Vladimir Putin təklif edib.
"Bildiyiniz kimi, bu yaxınlarda Soçiyə səfər edən prezident Ərdoğan Rusiya lideri Putinlə Suriya ilə bağlı fikir mübadiləsi aparıb. Qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğanın sözlərinə görə, Putin ona təklif edib ki, problemli məsələləri Suriya ilə birlikdə həll etməyə üstünlük versin.
"Suriya ilə sərhəddə terror strukturlarının olmasına baxmayaraq, Putinin təklifi ilə məsələləri mümkün qədər Suriya ilə birlikdə həll etsək, daha dəqiq olardı", – deyə Ərdoğan bildirib.
Bundan əlavə, nəşrin məlumatına görə, Putin Ərdoğan və Əsədi şəxsən görüşməyə dəvət edib. Buna baxmayaraq, Ankara hesab edir ki, bu cür danışıqlar üçün əlverişli məqam hələ çatmayıb.
"Ancaq qeyd olunub ki, Ərdoğanla Əsəd arasında telefon danışıqları baş tuta bilər. Türkiyə ilə Suriya arasındakı danışıqlar hərəkatında bölgəni yaxşı bilən ekspertlərdən ibarət komissiyanın formalaşmasına başlanılıb", – deyə məlumatda deyilir.
Xuraman Etibarlı,
KONKRET.az

Siyasi       Tarix: 10 avqust 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər azərbaycanda sonxabar az en sonxeber cəbhədən son məlumatlar