Ərdoğan və Paşinyan arasında telefon danışığı oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sosial şəbəkə hesabında yayılıb.
Telefon danışığı zamanı Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi və regional məsələlər müzakirə olunub.
Baş nazir Nikol Paşinyan söhbət zamanı Türkiyə prezidentini Qurban bayramı münasibətilə təbrik edib və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində görülən işlərdən danışıb.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin birbaşa ticarətin başlanmasına yönəlmiş addımlarla davam etdiyini bildirib.
Dövlət başçısı həmçinin vurğulayıb ki, Türkiyə regionda sülh və sabitliyin təmin olunması üçün səylərini davam etdirir və bu istiqamətdə atılacaq addımları hər zaman dəstəkləyir./Oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK