Ərdoğanın Qarabağ üzərindən hədəsinin SƏBƏBİ – Türk ordusu hücuma keçəcək?

Ərdoğanın Qarabağ üzərindən hədəsinin SƏBƏBİ – Türk ordusu hücuma keçəcək?Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Rizə təşkilatının tədbirində çıxışı zamanı İsrailin ünvanına "Biz Qarabağa, Liviyaya necə girdiksə, eynisini onlara da edərik" deyib. İsrailin xarici işlər naziri İsrael Kats Ərdoğanın bəyanatını X (keçmiş Twitter) platformasında pisləyib. "Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hücumla hədələyir. O, İraqda nə baş verdiyni, necə bitdiyini xatırlasa, yaxşı olar" – nazir postunda yazıb.
Əvvəlcə deyim ki, Türkiyə İsrailin Qəzzada başlatdığı əməliyyatdan sonra Fələstin və Qəzzaya ən böyük diplomatik və humanitar yardımı edən ölkədir. Ankara Təl-Əvivin əməliyyatları davam etdirməsi, mülki şəxslərin həyatını itirməsi fonunda humanitar yardımları hərbi-texniki yardımla əvəzləyə bilər.
Mümkündür ki, Ərdoğan "Biz Qarabağa, Liviyaya necə girdiksə, eynisini onlara da edərik" sözləri ilə Fələstinə və ya Qəzzaya (HƏMAS-a) hərbi-texniki yardımı nəzərdə tutur.
Məsələ ondadır ki, Türkiyə heç vaxt Qarabağa girməyib. Rəsmi Ankaranın İkinci Qarabağ savaşında Azərbaycana siyasi dəstəyi, bunun öncəsində hərbi-texniki yardımı, diplomatik sferada sərgilədiyi mövqe danılmazdır. Lakin bu, Türkiyə ordusunun Qarabağda döyüşməsi mənasına gəlmir. Azərbaycan tərəfi də bu günə qədər belə bir məlumatı açıqlamayıb.
İkinci Qarabağ müharibəsinə qədər Türkiyə Azərbaycanın strateji tərəfdaşı idi. Əlaqələr ən üst səviyyədə idi. Müharibədən sonra isə tərəflər arasında "Şuşa Bəyannaməsi" imzalandı və bununla da iki ölkə rəsmi səviyyədə bir-birinin müttəfiqi oldu. Yəni zərurət yaranarsa, rəsmi Bakı və ya Ankara bir-birindən dəstək istəyə bilər.
Türkiyənin Liviyaya etdiyi yardımla Azərbaycana etdiyi yardım heç bir halda eyni deyil. Çünki iki ölkənin içində olduğu situasiya fərqli idi. Liviya faktiki olaraq parçalanmış vəziyyətdə, vətəndaş müharibəsinin içində idi. Liviyanın qanuni hökuməti Ankaradan hərbi dəstək tələb etmişdi. Azərbaycan isə belə bir zərurət olmadığından türk ordusundan dəstək tələb etmədi. Bununla belə, diplomatik sferada tərəflər ortaq hərəkət edirdi.
O ki qaldı Türkiyənin İsrailə girməsinə, bu, indiki məqamda real deyil. Hər şeydən öncə Türkiyə ilə İsrail arasında iqtisadi əlaqələr var. 2010-cu ildə baş verən "Mavi Mərəmərə" olayından sonra iki ölkə arasında siyasi münasibətlər kəsilsə də, iqtisadi münasibətlər davam etdi.
Türkiyə və İsrail münasibətləri kifayət qədər dərin və pozulması hər iki tərəfə ciddi zərər vuracaq səviyyədədir. Bundan başqa, Türkiyənin İsrailə girməsi Ankaraya qarşı ciddi təzyiq yarada bilər.
Ərdoğanın birdən-birə İsraili belə sərt ritorika ilə hədələməsinin əsas səbəbi isə tam fərqlidir. Məlum olduğu kimi, bir müddət öncə Pekində HƏMAS və FƏTH arasında Qəzzanın idarə edilməsinə yönəlmiş birlik sazişi imzalanıb.
Çinin iki rəqibi barışdırması Ankaranı narahat edir. Təbii ki, söhbət HƏMAS və FƏTH-in barışmasından getmir. Ankaranı narahat edən əsas məsələ Çinin keçmiş Osmanlı imperiyasının nüfuz zonasına daxil olmasıdır. Türkiyə isə bu regionu özünün arealı sayır.
Ankara regionda söz sahibi ölkə olduğunu sübut etmək istəyirsə, Çinin etdiyindən daha böyük bir şey etməlidir. Mümkündür ki, Türkiyə Fələstin və ya Qəzzaya (HƏMAS-a) hərbi-texniki yardım edəcək. Bununla belə, yardımın uzunmüddətli olacağını düşünmürəm. Ankara siyasi sferada etdiyi həmlələrin iqtisadi münasibətlərə təsir etməsini arzulamır.
Politoloq Turan Rzayev   / konkret.az

Siyasi       Tarix: 30 iyul 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler az son xeberler 2026 cəbhədən şad xəbər xankendi