Ərəb mediası Mehriban Əliyevaya həsr olunmuş məqalələr dərc etdi

Ərəb mediası Mehriban Əliyevaya həsr olunmuş məqalələr dərc etdiƏrəb ölkələrinin aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr olunmuş məqalələr dərc edib.
KONKRET.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Bəyan" qəzetində dərc olunan "Mehriban Əliyeva: Azərbaycan xalqının nümunəvi insanı" sərlövhəli məqalədə qeyd edilir ki, Mehriban Əliyeva ictimai fəaliyyətinin ilk günlərindən humanitar məsələlərə xüsusi diqqət yetirib. O, ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq üçün saysız-hesabsız təşəbbüslərə rəhbərlik edib.
Məqalədə vurğulanır: "Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyevanın mənalı ömür yolu və tükənməz enerjisi, xeyirxahlığı, insanlara göstərdiyi şəfqət və mərhəməti, həmçinin öz xalqına və dövlətinə fədakar xidməti xüsusi qeyd olunmalıdır". Qəzet yazır ki, Azərbaycanın birinci xanımı həm də qayğıkeş bir həyat yoldaşı və ana kimi bütün qadınlara nümunədir".
Geniş oxucu kütləsinə malik olan "Arab-countries" xəbər portalında dərc olunan məqalədə bildirilir ki, Mehriban xanım Əliyeva intellektual və mədəni ənənələri yaşadan ziyalı ailəsində dünyaya gəlib. Atası görkəmli alim, anası isə tanınmış filoloq olan Azərbaycanın birinci xanımı təhsilə, mədəniyyətə və ictimai fəaliyyətə qayğı və diqqət göstərilməsi üzrə ailə ənənələrini davam etdirib. Eyni zamanda, Mehriban xanımın Moskvada Seçenov adına Tibb Universitetində aldığı tibb təhsili də onun humanitar sahədə fəaliyyətində mühüm rol oynayıb.
"Pantimearabia", "Tuvaq", "Aqram", "Dubaihospitality", "Dubainews", "Observer-Dubai", "Qlobal Dubai" informasiya portallarında dərc olunan məqalədə isə Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri kimi çoxşaxəli ictimai və humanitar fəaliyyətindən bəhs edilib. "Azərbaycanın birinci xanımı həmvətənlərinin həyat şəraitini yaxşılaşdırmaq üçün saysız-hesabsız təşəbbüslərə rəhbərlik edib. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan bu fond 2004-cü ildən səhiyyə, təhsil və sosial rifah sahəsində mühüm irəliləyişlər əldə edib", – deyə məqalədə vurğulanıb.
"Abdae-alaelami" portalında dərc edilən məqalədə diqqətə çatdırılıb ki, Mehriban xanım Əliyevanın ən mühüm nailiyyətlərindən biri Azərbaycanda səhiyyə xidmətlərinin təkmilləşdirilməsidir. Portal yazır: "Heydər Əliyev Fondu onun rəhbərliyi altında xəstəxanaların, klinikaların və diaqnostika mərkəzlərinin tikintisini və təmirini maliyyələşdirib, müasir tibb müəssisələrinin bütün vətəndaşların istifadəsinə verilməsini təmin edib. Azərbaycanın birinci xanımının təşəbbüsləri arasında pulsuz tibbi xidmətlərin göstərilməsi və əhalinin həssas qruplarının dəstəklənməsini, sağlamlıq sahəsində qeyri-bərabərliyin aradan qaldırılmasını vurğulamaq olar.
Bundan əlavə, Mehriban Əliyeva təhsilə böyük önəm verib. O, şagirdlərin müasir, yaxşı təchiz olunmuş təhsil mühitinə çıxışını təmin edərək, Azərbaycanda yüzlərlə məktəbin tikintisi və təmiri təşəbbüslərinə rəhbərlik edib. Eyni zamanda, Azərbaycan liderlərinin və alimlərinin gələcək nəslini yetişdirmək üçün təqaüd və tədqiqat proqramları həyata keçirilib".
"Hayatty-2.day" informasiya portalında isə Mehriban xanım Əliyevanın mədəni irsin qorunması və dünyada təbliği istiqamətində fəaliyyətinə xüsusi diqqət yetirilib. Məqalədə deyilir: "Mədəni irsin alovlu müdafiəçisi olan Mehriban xanım Əliyeva öz səylərini Azərbaycanın zəngin mədəni irsinin qorunub saxlanmasına və təbliğinə həsr edib. O, tarixi abidələrin bərpasına nəzarət edib, ənənəvi incəsənəti dəstəkləyib və Azərbaycanın nadir irsini dünyaya nümayiş etdirən beynəlxalq mədəni tədbirlərin təşəbbüskarı olub. Azərbaycanın birinci xanımının fəaliyyəti keçmişin zəngin irsinin qorunub saxlanmasına töhfə verməklə yanaşı, həm də insanlara milli qürur və özünəməxsusluq hissi aşılayıb".
"Gulftech-news", "Safar-news", "vdlnews.com" informasiya portallarında dərc olunan məqalələrdə də Mehriban xanım Əliyevanın Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan, o cümlədən onun Heydər Əliyev Fondunun prezidenti kimi təhsil, səhiyyə, mədəniyyət, sosial məsələlər və digər sahələrdə çoxşaxəli fəaliyyətindən bəhs edilib.
Məqalələrdə həmçinin Azərbaycanın birinci xanımının şəxsi insani keyfiyyətlərinə də geniş yer verilib. Diqqətə çatdırılıb ki, uğurlu dövlət xadimi olan Mehriban Əliyeva, həm də qayğıkeş, mərhəmətli və mehriban bir ailə xanımı, peşəkar və şəxsi həyatını ahəngdar şəkildə birləşdirən Azərbaycan qadınının təcəssümüdür.
Ərəb mediası qeyd edib ki, hazırda parçalanma və çəkişmələrin hökm sürdüyü qlobal şəraitdə Mehriban xanım Əliyevanın humanitar fəaliyyət sahəsinə göstərdiyi böyük diqqət, xeyirxahlıq və mərhəmət nümunəsi Azərbaycanın birinci xanımına xalq arasında dərin hörmət və rəğbət qazandırıb, gənc nəslin nümayəndələrini daha ədalətli və şəfqətli dünya düzəni quruculuğu istiqamətində səy göstərməyə ruhlandırıb.

Siyasi       Tarix: 26 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber 2026 sou biznes xeber.az 2026 xeber.az bu gun