Ərəbdilli mətbuatda Zəngəzur dəhlizinin əhəmiyyəti barədə məqalə dərc edilib

Ərəbdilli mətbuatda Zəngəzur dəhlizinin əhəmiyyəti barədə məqalə dərc edilibİordaniyanın "Nayruz", İraqın "Əfkarhür", Misirin "Mədəniyyət xəbərləri" və Fələstinin "Əl Bayadər" portallarında azərbaycanlı şərqşünas Həşim Məmmədov və siyasi şərhçi Turan Rzayevin "Zəngəzur dəhlizi və ərəb ölkələri üçün yeni fürsətlər" sərlövhəli məqaləsi yayımlanıb.
Azxeber.com xəbər verir ki, məqalədə 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallığın region ölkələri ilə yanaşı, həm də Yaxın Şərqin ərəb ölkələri üçün də yaratdığı imkanlardan bəhs olunur. Yazıda diqqətə çatdırılır ki, ötən ay Soçidə keçirilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündə, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında kommunikasiyaların bərpası və nəqliyyat dəhlizlərinin açılmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin bütün ölkələrin iqtisadi tərəqqisi üçün mühüm olduğunu bəyan edib.
Müəlliflər qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Yaxın Şərqin ərəb ölkələri üçün də faydalı ola bilər. Belə ki, son illər Avrasiya məkanında mühüm və etibarlı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilən Azərbaycan Avropa və Çin arasında nəqliyyat əlaqələri baxımından həmin ölkələr üçün yeni marşrut olacaq. İri neft və qaz tədarükçüsü olan ərəb ölkələri, eyni zamanda, karbohidrogen ehtiyatlarını quru kəmərləri vasitəsilə dünya bazarlarına çatdıra bilər. Azərbaycanın Avropaya uzanan və gələcəkdə Mərkəzi Asiyanı da daha sıx birləşdirəcək enerji infrastrukturu buna imkan verir.

Siyasi       Tarix: 02 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycan son xeber bugun cəbhədən son xəbərlər dunya xeberleri xəbər az