Erkən nikahı gizlətmək üçün mediaya hücum etdilər – Komitə rəsmisindən ÇAĞIRIŞ - FOTO

Erkən nikahı gizlətmək üçün mediaya hücum etdilər – Komitə rəsmisindən ÇAĞIRIŞ - FOTOErkən evlilik təkcə qanun pozuntusu deyil, bir uşağın gələcəyinin əlindən alınması deməkdir.
azxeber.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
Onun sözlərinə görə, Ağdaşda yetkinlik yaşına çatmayan şəxsin erkən evliliyə cəlb olunmasına cəhd edilməsi ilə bağlı daxil olan məlumat əsasında aidiyyəti qurumlar operativ tədbirlər həyata keçirib.
Belə ki, araşdırma nəticəsində qızın 17 yaşında olduğu müəyyən edilib və planlaşdırılan toy mərasimi təxirə salınıb:
"Təəssüf doğuran məqamlardan biri isə öz övladının hüquqlarını pozmağa çalışan şəxslərin bu halı işıqlandıran media nümayəndələrinə qarşı aqressiv davranması, onların çəkiliş aparmasına mane olması və kameralarına müdaxilə etməsidir. Media əməkdaşlarına qarşı zorakı davranış nə baş verənləri dəyişir, nə də qanun qarşısında məsuliyyəti aradan qaldırır. Əksinə, bu cür hərəkətlər hüquqi məsuliyyəti daha da ağırlaşdıra bilər".
Komitə rəsmisi valideynlərə müraciət edib:
"Valideynlər unutmamalıdırlar ki, övladı vaxtından əvvəl ailə qurmağa məcbur etmək ona xoşbəxt gələcək qazandırmır. Əksinə, onun təhsil almaq, inkişaf etmək, peşə sahibi olmaq və müstəqil həyat qurmaq imkanlarını əlindən alır. Erkən evlilik qız uşaqlarının fiziki və psixoloji sağlamlığı üçün ciddi risklər yaradır, onların həyatını və gələcəyini təhlükə altına qoyur.
Övladlarımıza verə biləcəyimiz ən böyük hədiyyə erkən evlilik deyil, keyfiyyətli təhsil, təhlükəsiz mühit və seçim hüququdur. Unutmayaq ki, Azərbaycan qanunvericiliyinə əsasən nikaha daxilolma yaşı 18-dir və bu tələbin məqsədi uşaqların hüquq və mənafelərini qorumaqdır. Gəlin, övladlarımızın gələcəyini qorumaq üçün birlikdə məsuliyyətli olaq".
Erkən nikahı gizlətmək üçün mediaya hücum etdilər – Komitə rəsmisindən ÇAĞIRIŞ - FOTOErkən nikahı gizlətmək üçün mediaya hücum etdilər – Komitə rəsmisindən ÇAĞIRIŞ - FOTOErkən nikahı gizlətmək üçün mediaya hücum etdilər – Komitə rəsmisindən ÇAĞIRIŞ - FOTO

Sosial       Tarix: 08 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Gəncədə iki nəfər bıçaqlandı

Gəncədə iki kişi bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, iki nəfər orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal onlara yardım edilib,vəziyyətlərini

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

PISA-da oxu nəticəmizi necə yüksəldək?

Son PISA-2025 nəticələrinin açıqlanması Azərbaycan təhsilində bir sıra mühüm məsələləri yenidən müzakirəyə çıxardı. Məncə, burada diqqət çəkən məqamlardan biri Elm və Təhsil Nazirliyinin, xüsusilə nazirin nəticələri açı

Ölkədə iqtisadi gərginliyi azaltmağın 5 yolu – Hökumət bunları etsə, nə dəyişər?

"Ölkədə iqtisadi və sosial gərginlik artır. Qiymət artımları, real gəlirlərin inflyasiyanın gerisində qalması, sahibkarların üzləşdiyi vergi, rüsum, cərimə, icazə və lisenziya yükü iqtisadi aktivliyi zəiflədir. İş adamlarını

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xabar xeberler bu gun krimnal xeber sonxeberler