Erməni deputatdan etiraz: "Hakimiyyət Rusiya bazarını Türkiyə və Azərbaycanla əvəzləmək istəyir"
Ermənistan hakimiyyəti Rusiya bazarını əvəzləmək və əmtəə dövriyyəsini həyata keçirmək üçün birbaşa və ya dolayısı ilə Rusiya yoluna alternativ kimi Türkiyə və Azərbaycan istiqamətlərinə işarə edir. Bu barədə müxalif deputat, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan öz sosial şəbəkə hesabında yazıb.
KONKRET.az xəbər verir ki, erməni deputat hakimiyyətin bu siyasətinə kəskin etirazını bildirib:
"Belə bir təəssürat yaranır ki, sanki Türkiyə və Azərbaycan xalqımıza qarşı heç bir hərbi cinayət törətməyib. Məgər sərhədlər artıq açılıb, sülh müqavilələri imzalanıb, Azərbaycan qoşunları isə Ermənistanın suveren ərazilərindən (?) çıxarılıb?
Təsəvvür edirsinizmi, əgər Azərbaycan və Türkiyə belə bir şəraitdə infrastruktur və iqtisadi sahələrdə bu cür həlledici rol əldə etsələr, nə baş verəcək? Bu, öz növbəsində qaçılmaz olaraq siyasi təsirə gətirib çıxaracaq.
Sonra isə yenə deyəcəklər ki, "ruslar bizi atdı, ona görə də yeni güzəştlərə getməli olduq".
Ağagül Mürsəlov,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK