Erməni deputatdan Paşinyana ZƏRBƏ: "Artıq "Mülki Müqavilə" mövcud deyil"
"Mülki Müqavilə" partiyasının komandası artıq yoxdur".
KONKRET.az xəbər verir ki, bunu "Mülki Müqavilə" partiyasından xaric edilən deputat Akop Aslanyan deyib.
"Bu müddət ərzində keçmiş komanda yoldaşlarımız tərəfindən ciddi təzyiqlərə məruz qalmışıq və proses indi də davam edirik. Keçmiş tələbəm məni komandaya xəyanətdə ittiham edərək, Amerika ordusunun generalı Benedikt Arnoldla müqayisələndirir. 2017-ci ildə Dövlət Duması "Yelk" bloku ilə parlament seçkilərdə iştirak edəndə və ciddi kadr problemi yaşayanda Mxitar Ayrapetyan məni çox yaxşı tanıyırdı. Hər fürsətdə mənimlə fəxr edirdi. Sonra mənə təklif olundu ki, komandaya qoşulum və deputatlığa namizədliyimi irəli sürüm. Serj Sarkisyanın prezidentliyi dövründə mən 861 səs aldım və bu, ciddi nəticə idi. Artıq 2019-cu ildə 3500-dən çox səs topladım. Bu işdə təbii ki, baş nazirin amili böyük idi, amma bağışlayın, mən də boş oturmamışdım", – deyə deputat bildirib.
Aslanyanın sözlərinə görə, o, Ovik Ağazaryanla birlikdə Dövlət Dumasında sağlam və azad atmosferin olması üçün hər şeyi edib.
"Təəssüf ki, bu gün bizdə yalnız bir nəfərin gücü var. Mülki Müqavilə komandası artıq mövcud deyil, çünki hər şeyin bir nəfərin iradəsinə uyğun görüldüyü bir qrup insan komanda sayıla bilməz".
Müşviq Tofiqoğlu
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı