Erməni diplomat beynəlxalq tədbirdə susduruldu

Erməni diplomat beynəlxalq tədbirdə susduruldu Erməni diplomat beynəlxalq tədbirdə susduruldu
Kiyevdə erməni diplomat beynəlxalq tədbiri yarımçıq tərk etməyə məcbur olub.
Azərbaycanın Ukraynadakı Səfirliyindən Oxu.Az-a verilən məlumata görə, Kiyevdə keçirilən "Silahlı münaqişə şəraitində uşaq hüquqlarının qorunması" mövzusunda beynəlxalq tədbirdə Ermənistanın Ukraynadakı səfiri Tiqran Seyranyanın növbəti təxribatının qarşısı alınıb.
BMT Uşaq Fondunun, "Uşaqları xilas edin" təşkilatının Ukrayna nümayəndəliklərinin və BMT İnkişaf Proqramının dəstəyi ilə keçirilən beynəlxalq tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova və səfirliyin əməkdaşı Samir Allahverdiyev də iştirak ediblər.
Tədbir çərçivəsində söz alan erməni diplomat T.Seyranyan Azərbaycanın Ermənistanı işğalçı dövlət kimi təqdim etməsinə etiraz etsə də, tədbirin Ukraynadan olan moderatoru, 1+1 telekanalının aparıcısı Lidiya Taran çıxışa müdaxilə edərək səfirə mövzudan kənar və yersiz çıxış etdiyini xatırladıb.
Moderator bildirib ki, tədbirdə uşaqların münaqişələrdə hüquqlarının qorunmasına dair mövzu müzakirə olunur və erməni diplomatın mövzudan kənar məsələlərə toxunması yolverilməzdir.
Daha sonra söz alan T.Cahangirova deyib:
"Ermənistanın Ukraynadakı səfiri mövzudan kənar məsələlərə toxunduğundan bildirməliyəm ki, Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr mövcuddur. Ermənistan bu günə qədər bu qətnamələri icra etmir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 193 azərbaycanlı körpə və uşaq erməni vandalları tərəfindən qətlə yetirilib, 61 uşaq itkin düşüb, 27-si isə hələ də əsirlikdədir. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, son dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. Təkcə Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 dinc sakin arasında 63 uşaq, 106 qadın olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Xocalı hadisələri zamanı 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb".
Bundan sonra erməni diplomat yenə də çıxış etmək istəsə də, moderator ona söz verməyib. Səfir buna etiraz əlaməti olaraq tədbiri yarımçıq tərk edib. Ukrayna ombudsman Aparatı baş verən insidentə görə, Azərbaycan nümayəndə heyətindən üzrxahlıq edib.
Qeyd edək ki, tədbirin açılış mərasimində Ukrayna Ali Radasının sədri Dmitriy Razumkov, Ukraynanın ombudsmanı Lyudmila Denisova da çıxış edərək münaqişə zonalarında uşaqların hüquqlarına dair məruzə ediblər.
Beynəlxalq tədbirdə daha sonra Bosniya və Herseqovina, Serbiya, Moldova, Gürcüstan ombudsman Aparatının nümayəndələri də çıxış ediblər. /oxu.az

Siyasi       Tarix: 27 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR

Azərbaycan–Türkiyə Parlamentlərarası İşçi Qrupunun rəhbəri, Milli Məclisin komitə sədri, akademik Əhliman Əmiraslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib. xəbər verir ki, səfər Şimal

Azərbaycan-Litva ikitərəfi əlaqələri müzakirə edildi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Litva səfiri Kestutis Vaşkeleviçusla görüşüb. Bu barədə səfir sosial şəbəkə hesabında bildirib

Haaretz: İsrail "erməni soyqırımı"nın tanınması ilə bağlı səsverməni buna görə təxirə salıb

İsrail hökumətinin ötən ay təsdiqlədiyi "erməni soyqırımı"nın tanınması ilə bağlı qərar Knessetin səsverməsinə çıxarılmayıb. . bildirir ki, Haaretz qəzetinin məlumatına görə, buna Azərbaycan tərəfi ilə aparıla

Rusiyanın Zaporojye AES-lə bağlı planları belə pozuldu

Rusiya işğalda saxladığı Melitopol və Qeniçek şəhərləri arasında yeni yüksək gərginlikli elektrik xəttini Zaporojye AES-lə əlaqələndirmək üçün apardığı tikintini yekunlaşdırıb, lakin Ukrayna zərbələri nəticəsində bu pla

Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistana səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyev tərəfindən qəbul olunub. xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Mikayıl Cabbaro

İlham Əliyevlə Merz arasında görüş keçirilir

Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın Federal Kansleri Fridrix Merz ilə təkbətək görüşü keçirilir. xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb

Gülşən Rzayeva BMT-də çıxış etdi: Azərbaycan iqlim və şəhərsalma sahəsində təcrübəsini bölüşür

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparat rəhbərinin müavini Gülşən Rzayeva BMT Baş Assambleyasının şəhərlərin iqlim dəyişikliklərinə, təbii fəlakətlərə və ekoloji risklərə dayanıqlılığına həsr olunan tematik panelind

Prezident yeni səfiri qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernard Jorj Leopold de Qarsia Klinqli qəbul edib. xəbər veri

İlham Əliyev Ərdoğana məktub ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb. -un məlumatına görə, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,


yeni xeberler azerbaycan xeberleri son xeberler idman xeberleri beynelxalq bank mezenne ən son xəbərlər bugün xeberler az