ERMƏNİ ETİRAFI: "ABŞ-a "arsax" yox, Rusiya ilə İranın QAFQAZ ZƏİFLİYİ lazımdır"
"ABŞ-a "arsax"ın Azərbaycanın bir hissəsi kimi tanınması lazımdır".
KONKRET.azxəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan bildirib. Politoloq ABŞ-ın bu istəyini onunla əlaqələndirib ki, belə olan halda rus sülhməramlılar regionu tərk (2025) edəcək:
"Region Rusiya və İranın nəzarətindən çıxır. Rusiyadan olsa, "arsax" məsələsi gələcəyə qalar və ruslar Qarabağda hərbi mövcudluqlarını davam etdirərlər".
Ermənistanın siyasi elmlər doktoru Artur Xaçikyan ABŞ dövlət katibi Entoni Blinkenin Paşinyanı danışıqlar tempini qorumağa çağırdığını xatırladaraq olayı belə şərh edib:
"Bu, sülh müqaviləsinin rus yox, Qərb variantı ilə imzalanmasına səslənişdir. İkincisi, bir neçə gün əvvəl Ermənistanı təmsil edənin tonunu dəyişməsi, İlham Əliyevin xəbərdarlıqlarına qəfil cavab verməsi, Ermənistanın ərazi bütövlüyünü bərpa edəcəyi barədə bəyanatı gözlənilməz oldu. Təəccüblü olsa da, Ermənistan cəsurlaşdı. Blinken də İrəvan hökumətini ayıldır ki, avara-avara işlərlə yox, sülhün imzalanması ilə məşğul olun".
Erməni analitik Arqişti Kiviryan da bildirib ki, son vaxtlar Nikol Qərb masasındakı sülh variantlarından dönüşlər edir:
"Paşinyan Kreml variantına meyllənib. ABŞ isə onu başa salmağa çalışır ki, sülh danışıqlarını Qərbin təklif etdiyi üsulla davam etmək lazımdır",- deyə Kiviryan münasibətini tamamlayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü