Erməni müxalifət lideri Donbassa getdi
Ermənistanın "Ana Ermənistan" müxalifət blokunun lideri Andranik Tevanyan nümayəndə heyəti ilə birlikdə ilk dəfə olaraq Donetskə səfər edib.
KONKRET.az xəbər verir ki, bu barədə Tevanyan mətbuata açıqlama verib.
"Görünməmiş səfər, çünki bundan əvvəl Ermənistandan heç bir siyasi nümayəndə heyəti Donetsk Xalq Respublikasına (DXR. – red.)gəlməmişdi", – o, vurğulayıb.
Tevanyanın sözlərinə görə, erməni müxalifətinin Donbassa gəlişi Ermənistanda İrəvanla Moskva arasında münasibətlərin inkişafı və möhkəmlənməsinə tərəfdar olan qüvvələrin olduğunu göstərir.
Erməni müxalifətçinin qeyd etdiyi kimi, DXR-ə səfər Donbassdakı yerli erməni icmasının təşəbbüsü ilə təşkil olunub.
Qeyd edək ki, Ukraynanın Donbass bölgəsinin bəzi əraziləri Rusiya Federasiyasının nəzarəti altındadır. (unikalaz)
Xidmetler [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb