Erməni nazirdən ŞOK AÇIQLAMA: "Ermənistan–Azərbaycan quru sərhədinin açılması..."
Hazırda Ermənistanla Azərbaycan arasında quru sərhədinin açılması üçün əlverişli vaxtdır.
KONKRET.az xəbər verir ki, bu fikri Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan "Azadutsyun" radiosuna müsahibəsində səsləndirib.
Nazirin sözlərinə görə, hazırda Azərbaycan yüklərinin Gürcüstan dəmir yolları vasitəsilə Ermənistana tranziti üçün ilkin tariflər nisbətən yüksək və rəqabətqabiliyyətli deyil, lakin bu istiqamətdə danışıqlar davam edir.
"Bir tərəfdə Gürcüstan dəmir yolu şirkəti, digər tərəfdə isə taxıl və ya benzin idxal edən şirkətlər dayanır. Təbii ki, onlar danışıqlar aparmalı və ən optimal variantı tapmalıdırlar. Mənim fikrimcə, hazırda Ermənistanla Azərbaycan arasında quru sərhədinin açılması üçün çox münasib zamandır ki, dəmir yolu ilə Ermənistan sərhədinə çatan yüklər oradan multimodal şəkildə yük avtomobillərinə yüklənərək Ermənistan–Azərbaycan quru sərhədi vasitəsilə daşınsın. Düşünürəm ki, nə Ermənistanda, nə də Azərbaycanda buna mane olan hər hansı hal yoxdur. Məncə, biznes də buna hazırdır", – deyə Papoyan vurğulayıb.
Nazirin açıqlaması regional nəqliyyat və ticarət əlaqələrinin bərpası kontekstində diqqət çəkir.
Natiq Səlim,
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib