Erməni seçici kimə səs verəcək? - Paşinyanla yanaşı onun da adı çəkilir

Erməni seçici kimə səs verəcək? - Paşinyanla yanaşı onun da adı çəkilirErmənistanda keçiriləcək parlament seçkiləri regionda siyasi balansın necə dəyişəcəyi baxımından diqqətlə izlənilir. Xüsusilə, Rusiyaya yaxınlığı ilə tanınan biznesmen Samvel Karapetyanın adı ətrafında gedən müzakirələr onun hakimiyyətə gəlməsi ehtimalını yenidən gündəmə gətirib. Bununla yanaşı, hazırkı Baş nazir Nikol Paşinyanın seçki öncəsi mövqelərinin güclü olduğu da bildirilir.
Bəs Ermənistan seçicisi bu dəfə hansı siyasi kursa üstünlük verəcək?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Samvel Karapetyanın namizədliyi ümumiyyətlə qeydə alınmayıb:
Erməni seçici kimə səs verəcək? - Paşinyanla yanaşı onun da adı çəkilir"Çünki o, ikili – həm Kipr, həm də Rusiya vətəndaşıdır. Ermənistan Konstitusiyasına əsasən, ikili vətəndaşlığı olan şəxslər parlament seçkilərində namizəd ola bilməzlər.
Hələlik Nikol Paşinyanın siyasi mövqeləri güclü olaraq qalır. Aparılan rəy sorğularında da onun xalq arasında müəyyən etimadı qoruduğu görünür".
Məhəmməd Əsədullazadə hesab edir ki, Samvel Karapetyanın dəstəklədiyi siyasi qüvvələrin parlamentdə təmsil olunmaq şansı olsa da, hakimiyyətə gəlməsi real deyil:
"Düşünürəm ki, Samvel Karapetyanın dəstəklədiyi Robert Köçəryan komandası parlamentə düşə bilər. Amma onların hakimiyyətə gəlmək ehtimalı o qədər də real görünmür. Çünki seçkilərə daha çox müharibə ritorikası ilə gedirlər.
Paşinyanın tezisləri isə daha realdır. O, müharibə əleyhinə çıxış edir və regionda sabitlik mesajları verir. Hesab edirəm ki, seçkilərdə Paşinyan qalib gələcək".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 21 may 2026
f Paylaş

Oxşar xəbərlər

Fərid Şəfiyevə 3 müavin də təyin edildi

Bu gün Fərid Rauf oğlu Şəfiyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamlar

Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək

Azərbaycanda bir sıra məhsul və xidmət bazarlarının rəqabətli bazar modelinə keçməsi hədəflənir. xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısını

"Xanımımla Şuşada daha çox qalmaq üçün nə edə biləcəyimizi planlaşdırdıq

"Bu, Şuşaya ilk səfərim deyil. Mən artıq 10 dəfədən çox Şuşa şəhərində olmuşam. Demək olar ki, Şuşaya vurulmuşam". xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmo

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib. KONKRET.azxəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyev ilə Məhəmməd Əbdülsalamı

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb. xəbər verir ki, mərasim Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı il

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşünd

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır". Bu sözləri dövlət başçısı sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər

"Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin" – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi

Rusiyada çalışan Özbəkistan vətəndaşlarının kütləvi şəkildə vətənə qayıtması qeydə alınıb. xəbər verir ki, Özbəkistanın Miqrasiya Agentliyinin məlumatına görə, 2026-cı il avqustun 25-dən sentyabrın 5-dək Rusiyadan ümumilikd

Diplomatlar Xudavəng monastır kompleksində - Fotolar

Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində diplomatik korpusun nümayəndələri sentyabrın 12-də Kəlbəcərə gəliblər.  AZƏRTAC-a istinadən xəbər verir ki, diplomatlar dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng monastı


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi sonxəbərlər kriminal bugun axsam.az xeberler