Erməni siyasətçi: "Bu gün ölkədə ürək, ağıl və mədə arasında mübarizə gedir"
Ermənistanda qarşıdan gələn seçkilərlə bağlı siyasi gərginlik davam edir.
KONKRET.azxəbər verir ki, erməni siyasətçi Arman Abovyan sosial şəbəkədə paylaşdığı açıqlamada ölkədə insanların "iki düşərgəyə bölündüyünü" bildirib.
Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının böyük əksəriyyəti üçün ölkənin simvolları Ağrı dağı, Erməni Apostol Kilsəsi, Monte Melkonyan, "Nemesis" əməliyyatının iştirakçıları, Xankəndi və Şuşa, eləcə də həyatını itirmiş erməni hərbçiləridir.
Abovyan qeyd edib ki, əksəriyyət üçün Ermənistanın əsas dəyərləri "şərəf və ləyaqət, mədəniyyət və tarix"dir.
O iddia edib ki, bəzi şəxslər üçün isə Ermənistanın simvolu ölkənin konturu həkk olunmuş "sarı plastik nişan"a çevrilib.
Siyasətçi bildirib ki, hazırkı seçki mübarizəsi məhz bu iki yanaşma arasında gedir.
"Bu gün ölkədə ürək, ağıl və mədə arasında mübarizə gedir", – deyə Abovyan vurğulayıb.
Onun sözlərinə görə, müxalifət insanlara sağlam düşüncə ilə müraciət etdiyi halda, hakimiyyət Nikol Paşinyanın rəhbərliyi altında insanların "ən aşağı instinktləri" üzərində oynayır və cəmiyyətdə qarşıdurma yaratmağa çalışır.
Abovyan əlavə edib ki, Paşinyan komandası "sonsuz sülh vədləri", "müharibə şantajı" və "daxili siyasi isteriya" vasitəsilə sadə insanları öz tərəfinə çəkə biləcəyinə inanır.
Erməni siyasətçi bunun yanlış yanaşma olduğunu bildirib və erməni xalqının "yaddaşını və sağlam düşüncəsini itirmiş manqurtlar" olmadığını deyib.
Abovyanın fikrincə, seçkilərin nəticəsi Ermənistanın gələcək taleyi üçün həlledici olacaq.
O bildirib ki, əsas məsələ "erməni insanının dövlətinin" qorunub-qorunmayacağıdır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK