Erməni zabit ordudakı durumu etiraf etdi: "Hərbi qulluqçuların vəziyyəti acınacaqlıdır
Ermənistanda sərhəd qoşunlarının zabiti yerli qəzetlərdən birinin ofisinə zəng edərək ölkə ordusundakı acınacaqlı vəziyyətdən danışıb.
Onun sözləri erməni mətbuatında dərc edilib.
Zabit bildirib ki, ölkədə müqavilə əsasında xidmət edən hərbi qulluqçuların vəziyyəti olduqca pisdir. Belə ki, hərbi qulluqçu döyüş mövqeyinə qalxmadığı təqdirdə 127 min dram (541 azn) məvacib alır.
Döyüş mövqeyinə çıxan hərbi qulluqçulara isə hər gün üçün 4 min dram (17 azn) əlavə ödəniş hesablanır.
Nəticədə 14 gün döyüş mövqeyində xidmət etmiş hərbçilərə maksimum 200 min dram (853 azn) əməkhaqqı verilir. Buna görə də "naməlum" səbəbdən döyüş postlarına qalxan müqaviləlilər orada aylarla qalırlar.
Zabitin sözlərinə görə, kifayət qədər şəxsi heyət olmadığı üçün döyüş növbətçiliyinin dəyişməsi gec-gec həyata keçirilir. Bu, bütün sərhədboyu mövqelərə aiddir.
Çatışmazlığın əsas səbəbi aşağı məvacibdir. İnsanlar fəhləlik etməyi hərbi xidmətdən daha üstün tuturlar. Hətta müqaviləlilər də xidmətdən imtina edirlər. Hazırda 71 nəfərlik olmalı bölükdə cəmi 26 nəfər şəxsi heyət var.
Hərbçi qeyd edib ki, hərbi qulluqçuların attestasiya prosesində də ciddi problemlər mövcuddur. Belə ki, bu proses yalnız müqaviləlilərə şamil edilir, halbuki sıravidən generallaradək hər kəsi əhatə etməlidir.
Bununla yanaşı, hərbi qulluqçu bildirib ki, sərhəd qoşunlarında xidmət şəraiti dözülməzdir. Savadsızlıq baş alıb gedir və səsi bərk çıxanlardan kimə gəldi vəzifə verilir. Həmçinin, könüllülərlə müqaviləlilərin münasibətləri yaxşı deyil. Çünki birincilər ikinciləri daim alçaldırlar.
Zabitin fikirlərilə bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi A.Tonosyanla əlaqə saxlanılıb. O, da öz növbəsində kütləvi olmasa da, çox sayda müqaviləli hərbi qulluqçunun tərxis üçün raport yazdığını təsdiqləyib. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ