Ermənilər ABŞ-da Azərbaycana qarşı təxribat törətdilər - FOTO
Ötən gecə erməni radikalları erməni terrorçu Qurgen Yanikyanın fotosunu Azərbaycanın Los-Ancelesdəki Baş konsuluğunun binasının qarşısında asıblar.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev tvitter hesabında paylaşıb.
Baş konsul bildirib ki, Yanikyan 1973-cü ildə Kaliforniyada türk diplomatları qətlə yetirib: "Los-Ancelesdə erməni terrorizminin tarixini nəzərə alaraq, bu məsələni araşdırmağa çağırırıq".
Qeyd edək ki, Qurgen Yanikyan 1973-cü ildə Kaliforniyada Türkiyənin baş konsulu və onun müavinini öldürüb. O, 1984-cü ildə Kaliforniyanın erməni qubernatoru Deukmejian tərəfindən əfv edilib. Onu milli qəhrəman hesab edən Ermənistan Yanikyanı 2019-cu ildə İrəvanda fərqlənmə diplomu ilə təltif edib.
Yanikiyan 1970-1990-cı illərdə 40-dan çox türk diplomatı və onların ailə üzvlərini öldürəcək iki erməni terror təşkilatının – JCAG və ASALA-nın yaradılmasına ilham verib. Lakin Ermənistan onu və digər terrorçuları öz milli qəhrəmanları kimi vəsf edir.

Kurslar.az kurslar [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı