Ermənilər bu namizədin İran prezidenti olmasından qorxurlar: Azərbaycana

Ermənilər bu namizədin İran prezidenti olmasından qorxurlar: Azərbaycanaİranda keçirilən prezident seçkilərində qələbəyə əsas namizədlər İran parlamentinin hazırkı sədri Məhəmməd-Bağer Qalibaf, ölkənin Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Səid Cəlili və deputat Məsud Pezeşkiandır.
KONKRET.az xəbər verir ki, bunu iranşünas Janna Vardanyan NEWS.am-ın müxbiri ilə söhbətində deyib.
O əlavə edib ki, ilkin olaraq əsas mübarizənin Qalibafla Cəlili arasında, yəni mühafizəkarlar qanadının iki nümayəndəsi arasında gedəcəyi gözlənilirdi. Amma seçki kampaniyası zamanı islahatçı qanadın təmsilçisi olan Pezeşkian da fəallaşmağa başlayıb və nüfuzlu simaya çevrilib.
Onun sözlərinə görə, buna islahatçı qanadın onun ətrafında cəmləşməsi və fəal təbliğat aparması şərait yaradıb. Beləliklə, Pezeşkian öz mövqeyini möhkəmləndirir və həm Qalibaf, həm də Cəliliyə meydan oxuyur: "Son rəy sorğularına görə, Qalibaf birinci yerdədir. Lakin seçicilərin seçkilərdə iştirak edib-etməməkdə şübhəli olan hissəsi Pezeşkianı birinci yerə çıxarıb. Ona görə də islahatçılar diqqəti maksimum sayda vətəndaşın seçkilərdə iştirakına həvəsləndirməyə yönəldiblər ki, qərarsız seçicilər də iştirak etsinlər və onları səslə təmin etsinlər.
Pezeşkian ölkənin daxili həyatı və regional məsələlərlə bağlı populist açıqlamaları sayəsində həm müsbət, həm də mənfi baxımdan diqqəti cəlb etməyi bacarıb. Eyni zamanda İranda mühafizəkarların birləşməyə və vahid namizəd irəli sürməsinə ehtiyac var ki, bu da konkret olaraq bu qanadın mümkün qələbəsini asanlaşdıracaq. Əks halda, səslər namizədlər arasında bölünəcək və onların heç biri lazımi səsi toplaya bilməyəcək, bu da Pezeşkianın əlinə işləyəcək".
Vardanyanın fikrincə, mühafizəkarların əsas problemi vahid namizəd irəli sürmək və öz resurslarını birləşdirməkdir. O bildirib ki, İranın xarici siyasəti təkcə prezident və ya hökumət səviyyəsində müəyyənləşmir. Ermənistanla bağlı ən yüksək səviyyədə – sərhədlərin toxunulmazlığından da danışan Ali Rəhbər səviyyəsində bəyanatlar səsləndirilib: "Bu siyasət ən yüksək səviyyədə təbliğ olunur, ona görə də prezidentin dəyişməsi çətin ki, bu məsələdə ciddi dəyişikliklərə səbəb olsun.
İki mühafizəkardan biri (Qalibaf və ya Cəlili) prezident seçilərsə, qonşu, eləcə də Asiya ölkələri ilə münasibətlərin inkişafını prioritet elan edən Rəisi dövründə olan siyasət davam etdiriləcək. Eyni zamanda islahatçılar adətən ABŞ-la münasibətləri yaxşılaşdırmağa və nüvə sazişini bərpa etməyə çalışırlar. Buna baxmayaraq, prezident islahatçı olsa belə, qanunvericilik və məhkəmə səlahiyyətləri mühafizəkarların əlində qalmağa davam edəcək, ona görə də mühafizəkarların fikirlərini nəzərə almadan islahatçıların öz siyasətlərini irəli sürməsi çətin olacaq.
Pezeşkiana gəlincə, o mənada qeyd-şərt var ki, o, deputat fəaliyyəti zamanı anti-erməni və azərbaycanpərəst bəyanatları ilə seçilib. Ona görə də belə bir namizədin İran prezidenti seçilməsi, hətta nəzərə alsaq ki, xarici siyasət təkcə prezident institutu tərəfindən müəyyən edilmir Ermənistan üçün arzuolunan nəticə sayıla bilməz". Musavat.com

Siyasi       Tarix: 26 iyun 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az son xeberler axsam.az xeberler son xeberler bugun bugunun xeberleri