Ermənilər Qarabağa qayıdır? - 2000 nəfərlik kortej: Babayan danışıqlara başladı

Ermənilər Qarabağa qayıdır? - 2000 nəfərlik kortej: Babayan danışıqlara başladıQarabağdakı keçmiş separatçı rejimin təhlükəsizlik şurasının katibi olmuş Samvel Babayan öz ətrafı vasitəsilə son zamanlar Qarabağ ermənilərini bölgəyə qayıtmaq üçün razı salmağa çalışır.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu məlumatı "Hraparak" qəzeti yayıb.
Məlumata görə, Babayanın qohumları onun adından deyirlər ki, əgər 2000 insan toplaşa bilsə, onlar Xankəndiyə oradan çıxdıqları kortejlə qayıda biləcəklər. Bu fonda Babayanın adamları həmçinin bu insanların Azərbaycan hakimiyyəti altında yaşayacaqlarını deyir:
"Babayan deyir ki, şəxsən özü geri dönüş marşına rəhbərlik edəcək. Daha dəqiq desək, Babayan "Kadırov-2″ olmaq istəyir (Çeçenistan lideri Ramzan Kadırovun Rusiya Prezidenti Vladimir Putinə sədaqəti nəzərdə tutulur – red.). Samvel Babayan Qarabağın Azərbaycanın tərkibinə keçməsindən öncə tək-tük adamlardan idi ki, Azərbaycanla qarşılıqlı anlayış tapılmasını ictimai şəkildə deyirdi".
Qəzet yazır ki, Babayanın mövqeyi ilə separatçıların böyük qismi razı deyil. Onlar həmçinin Babayanın məqsədinin Qarabağa dönüş yox, Paşinyana gizli dəstək göstərmək olduğunu düşünürlər. Yəni Babayan bunun sayəsində Qarabağ ermənilərini Ermənistandakı etirazlardan kənarda saxlamağı bacarmalıdır.
"Hraparak" həmçinin Xankəndidə Rusiya konsulluğunun açılması planının Babayanın erməniləri geri qaytarmaq istəməsiylə nə qədər əlaqəli ola biləcəyi ehtimalına da diqqət yetirib. Lakin qəzet konsulluğunun açılmasının ermənilərin geri dönüşü üçün olmadığı qənaətinə gəlib:
"Bizim Qarabağın "siyasi dairələrindəki" mənbəmiz deyir ki, əslində rusiyalılar konsulluğu sülhməramlılara alternativ olaraq açırlar. Sülhməramlılar getsə də Rusiya regiondan getmək istəmir və sadəcə Xankəndidə gözlərinin və qulaqlarının olmasını istəyir".

Siyasi       Tarix: 26 iyun 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az son xeberler axsam.az xeberler son xeberler bugun bugunun xeberleri