Ermənilər Qarabağla bağlı həqiqətlərə görə ukraynalı politoloq Rinat Kovbasyuka qara yaxırlar – MÜSAHİBƏ

Ermənilər Qarabağla bağlı həqiqətlərə görə ukraynalı politoloq Rinat Kovbasyuka qara yaxırlar – MÜSAHİBƏErmənilər Qarabağla bağlı həqiqətlərə görə ukraynalı politoloq Rinat Kovbasyuka qara yaxırlar – MÜSAHİBƏ
İki il əvvəl "Facebook" administrasiyası sosial şəbəkənin Azərbaycandan olan istifadəçilərini kütləvi şəkildə bloklamağa başladı. Sonradan müxtəlif mənbələrin xəbər verdiyi kimi, buna, ehtimal ki, Ermənistan istifadəçilərindən gələn kütləvi şikayətlər səbəb olub. "Facebook"un mexanizmi elədir ki, spam olduğuna qərar verilərsə, administrasiya faktiki olaraq istənilən posta görə bloklaya bilər.
Məsələn, bu sətirlərin müəllifini xəstə qardaşına dərman axtardığı üçün blokladılar. Qardaşımın vəfatından bir neçə ay sonra da mən bloklanmış vəziyyətdə idim. Başqa sözlə, digər istifadəçilər hər hansı bir qeyd barədə kütləvi şəkildə şikayət edərlərsə, "Facebook" avtomatik olaraq bloklama haqqında qərar verir.
Bu il bloklama dalğası Ukraynaya da çatdı. Fəallar (və ya botlar) yenə Ermənistandandır. Məsələn, Ukrayna Politologiya Assosiasiyasının eksperti Rinat Kovbasyuk ermənilərlə Ukrayna ilə Ermənistan arasında qarşılıqlı münasibətlər mövzusunda mübahisə etdiyi üçün bloklanıb.
Rinat Kovbasyuk Media.Az-a açıqlamasında məhz Ermənistan təmsilçilərinin onun ünvanına çoxlu şikayət göndərdiyini bildirib.
- Niyə "erməni izləri"nin olmasından bu qədər əminsiniz?
- Əminəm, çünki məni nədənsə etnik nifaq oyatdığı hesab olunan konkret bir şərhə görə blokladılar. Yazmışdım ki, başqa xalqlar kimi, ermənilərə qarşı da deyiləm, amma ermənilərin mənfi cəhətləri var. Məsələn, tez-tez o qədər də yerinə düşməyən hiyləgərlik və boyunqaçırma kimi. Mən bunu erməni diasporu ilə sıx əlaqəli olan və tez-tez ermənipərəst maraqları müdafiə edən xalq deputatı Darya Volodinanın postuna (Ukraynanın Ali Radasının deputatı Darya Volodina "Facebook" hesabında Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnarın dövlət orqanları nümayəndələrinə ünvanladığı məktubuna qəzəbini ifadə edən post dərc edib. Ukrayna Xarici İşlər nazirinin müavini "erməni soyqırımı" ifadəsini işlətməyi tövsiyə etməyib - red.) yazdım.
Hesab edirəm ki, Darya Volodina ilk növbədə öz seçicilərinin maraqlarını müdafiə etməlidir, onlar isə təkcə ermənilər deyil. Millət vəkili Ermənistan Respublikasının rusiyapərəst mövqeyi ilə əlaqədar 1915-ci il hadisələrinə həsr olunmuş istənilən tədbirdə iştirakdan çəkinməyi tövsiyə edən XİN-in işgüzar yazışmasını dərc etdi. Dünyanın hər tərəfindən dərhal çox sayda erməni fəal şərh yazmağa başladı. Onlar Ukrayna XİN-i, Ukraynanı bütün günahlarda ittiham etməyə başladılar. Təbii ki, reaksiya verməyə bilməzdim və 1915-ci il hadisələri ilə bağlı ölkəmizin mövqeyini qısaca ortaya qoydum, Dağlıq Qarabağ məsələsinə də toxundum.
- Ümumiyyətlə, mübahisə nə ilə bağlı idi? Ehtimal ki, məsələnin kökü Ermənistanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməməsidir.
- Qeyd etdim ki, Ukrayna 1915-ci il hadisələrini "erməni soyqırımı" (dırnaqlar bizimdir – red.) kimi tanımağa ən azı Yerevanın Ukraynanı dəstəkləməməsi, Türkiyənin isə ölkəmizin strateji tərəfdaşı olması və bu hadisələri tamamilə fərqli şəkildə şərh etməsi kimi sadə bir səbəbə görə hazır deyil. Müvafiq olaraq, Ankara da Kiyevin Türkiyə əleyhinə açıqlamalarından məmnun olmayacaq.
- Bəs Dağlıq Qarabağa gəlincə?
- Qeyd etdim ki, Ukrayna öz fəaliyyətini beynəlxalq hüquq normalarına uyğun olaraq, aydın şəkildə tənzimləyir. Buna görə də, Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması məsələsinə baxılmır və ümumiyyətlə, heç vaxt baxıla bilməz! Ermənistan müstəqil Azərbaycanın suverenliyini kobud şəkildə pozub. Təbii ki, bir çox bu və digər tezislərim şikayət yazan erməni tərəfinin nümayəndələrinin xoşuna gəlmədi. Şikayətlərdən sonra hesabım bir ay müddətinə bloklandı.
- Bəs sizin fikrinizcə, sosial şəbəkələrin administrasiyaları nəyə görə erməni fəalların şikayətlərinə bu cür operativ reaksiya verir?
- Düşünürəm ki, bu, öz fikirlərində "antierməni post" hesab etdikləri istənilən qeydə ardıcıllıqla reaksiya verən və çoxsaylı şikayətlər göndərən erməni fəalların mütəşəkkil işi ilə əlaqədardır. Nəticədə, göndərilən mesajlar tez bir zamanda bloklanır. Əlbəttə, sui-qəsd nəzəriyyələrinə daxil olmaq istəməzdim.
Onu da qeyd edim ki, müəyyən bir ölkədə sosial şəbəkənin həqiqi nümayəndəsinin olmaması səbəbindən "Facebook"da hər hansı şikayətə baxılması prosesi olduqca problemlidir. Yeri gəlmişkən, məhz buna görə, istifadəçilərin bir hissəsinin digər sosial şəbəkələrə "miqrasiyası" müşahidə olunur. Hesab edirəm ki, "Facebook" bu problemin mümkün qədər effektiv şəkildə həlli barədə düşünməlidir. /oxu.az

Siyasi       Tarix: 26 may 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil


son xeberler yeni xeberler azerbaycan xeberleri ensonxeberler bu gunun xeberleri haqqinda melumat zelzele kriminal xeberler