Ermənilər qorxu içində: Vedidə Azərbaycan bayrağı dalğalanır

Ermənilər qorxu içində: Vedidə Azərbaycan bayrağı dalğalanırErmənistan cəmiyyətinin radikal kəsimində növbəti təşviş yaranıb. 
KONKRET.az xəbər verir ki, erməni vəkil Raffi Aslanyan sosial şəbəkələrdə yazıb ki, hakimiyyət "Ararat vilayətinin Yerasx kəndi" istiqamətindəki mövqeyi gizli şəkildə Azərbaycana güzəştə gedib. Məlumat bir çox KİV-lərdə də tirajlanıb.
Raffi Aslanyandünən Zəngəzura gedərkən həmin kəndə yaxın yüksəklikdəki dayaq nöqtəsində Azərbaycan bayrağının dalğalandığını gördüyünü bildirib.
Ərazini strateji əhəmiyyətli yüksəklik kimi qiymətləndirən erməni vəkil "Yerasx kəndi" camaatını ayağa qalxmağa çağırıb.
Bu xəbərin həyəcan və təşvişi o həddə çatıb ki, Ermənistan Müdafiə Nazirliyi açıqlama verməyə məcbur olub.
Nazirlik bildirib ki, Yerasx kəndi ərazisində heç bir mövqe dəyişikliyi olmayıb.
"KİV əməkdaşlarını rəsmi məlumatlara inanmağa, yalan məlumat yaymamağa və belə hallarda Müdafiə Nazirliyilə dəqiqləşdirmə aparmağa çağırırıq", – deyə qurum bəyan edib.
Adı mətbuatda tez-tez çəkilən "Yerasx kəndi" əslində Qərbi Azərbaycanın Vedibasar mahalının Arazdəyən kəndidir. İnixi Qarabağ müharibəsindən sonra bu kənd ətrafındakı vəziyyət erməniləri ciddi narahat edir. Ermənilərin "Ararat vilayətinin Yerasx kəndi" adlandırdıqları bu yaşayış məntəqəsi düşmən üçün strateji əhəmiyyət daşıyır.
Çünki kənd İrəvan-Naxçıvan-Bakı avtomobil yolunun  üzərində yerləşir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə həmsərhəd olan Arazdəyən kəndi ətrafındakı yüksəklikdə Ermənistan və Azərbaycan Ordusunun mövqeləri üzbəüzdür və əvvəllər burada atəşkəs tez-tez pozulub.
Arazdəyən vaxtilə azərbaycanlıların yaşadığı və sonralar deportasiyaya edildiyi kənddir.
Kənd Araz çayının yaxınlığında yerləşdiyinə görə tarixən Arazdəyən adlandırılıb.
Ermənistan hakimiyyəti Arazdəyənin adını 1968-ci ildə dəyişdirərək Yerasx qoyub./Modern.az

Siyasi       Tarix: 27 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


yeni xeberler azerbaycan xeberleri son xeberler hava haqqinda kriminal xeber sou xeberler bugun qurban bayrami 2026