Ermənilərin sərhədə gətirdiyi naməlum heykəl: 49 illik plan ortaya çıxdı

Ermənilərin sərhədə gətirdiyi naməlum heykəl: 49 illik plan ortaya çıxdıErmənilərin məşhur "Ana Ermənistan" heykəli Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Aygehovit kəndinin Kayan adlı ərazisində qalıb.
KONKRET.azglobalinfo.az-a istinadən xəbər verir ki, Heykəlin tam iki ölkə sərhədində, minalı ərazidə qaldığı, ermənilərin heykəlin yanına keçə bilmədiyi deyilir.
Məlumata görə, "Arevik" adı ilə də tanınan heykəl 1976-cı ildə Adibek Qriqoryan adlı heykəltaraş tərəfindən hazırlanıb. Ermənistan KİV yazır ki, həmin vaxtlar da Azərbaycan Cənubi Qafqazda iki qonşu ölkə üzərində dominant və hegemon ölkə olaraq qəbul edilib. Ermənilər isə ölkələrini "qürurlandırmaq" və qüdrətli göstərmək üçün ərsəyə gətirilən bu heykəli Ermənistanın Gürcüstana yaxın bölgəsi və Azərbaycanla tam sərhəd xəttinə yerləşdiriblər. Ermənistan rəsmilərinin müzakirələr apardıqdan sonra heykəlin qəsdən azərbaycanlıların rahat görə biləcəyi əraziyə yerləşdirilməsi ilə bağlı qərar verdiyi bildirilir. Beləliklə sərhəddə yerləşən azərbaycanlılarla yanaşı, Gürcüstan və Azərbaycandan buraya daxil olan hər kəsin ilk sözügedən heykəli görməsi nəzərdə tutulub.
Heykəlin hündürlüyü 17 metrdir, alüminiumdan hazırlanıb. 2019-cu il sentyabrın 29-da heykəlin ətrafındakı çərçivə güclü külək nəticəsində dağılıb. Hazırda onun ermənilərin sərhəddə minaladığı ərazidə qaldığı və heç kimin yaxınlaşa bilmədiyi deyilir.

Siyasi       Tarix: 10 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta məzənnələri oxu.az xeberler meherremlik 2026 sonxeber az