Ermənistan 10 noyabr və 11 yanvar anlaşmasından imtina edir - DETALLAR

Ermənistan 10 noyabr və 11 yanvar anlaşmasından imtina edir - DETALLARİxtiyari məsələyə hər bir xalqın spesifik baxışı var. Məsələn, Ukraynada baş verənlərə bizim baxışımızla avropalıların baxışı qətiyyən uzlaşmır. Biz Ukrayna hadisələrinə ümumbəşəri prizmadan və insanlıq nöqteyi-nəzərindən baxırıq. Bu gün azərbaycanlıların 95 faizi mənən ukraynalıların yanındadır. Lakin amerikalılar, fransızlar, ispanlar hətta çexlər Ukrayna olaylarına başqa cür yanaşırlar. Onların baxışları insanlıqdan daha çox milli və dövləti maraqlara söykənir. Hələ bədnam qonşularımız erməniləri demirəm. Bu gün ermənilərin ən azı 50 faizi Rusiyanın tərəfini tutur. Tərəf tutmaq azdır. Bu münaqişədən özləri üçün pay da qoparmaq istəyirlər.
Tarixən ermənilər bütün müharibələrdə və münaqişələrdə aktivləşiblər. Milli maraqları üçün ortaya atılıblar. Birinci və İkincü Dünya müharibəsində də belə olub, SSRİ dağılanda da belə olub, indi də belədir. Hər zaman ruslara tulalıq edən ermənilər indiki dar macalda da ruslara hürürlər.Üstəlik, onların yanında olduqlarını söyləməyin əvəzi üçün Moskvadan nəsə tələb edirlər.
Məsələn, son günlər ermənilər həm təmas xəttində, həm də diplomatik sahədə xeyli fəallaşıblar. Azərbaycana təzyiqi artırmaq və Qarabağ münaqişəsini yenidən alovlandırmaq üçün bütün ermənilər ayağa qalxıblar.Ermənilər bir tərəfdən Moskvadan əlavə dividentlər qoparmaq istəyir, digər tərəfdən isə Qarabağ problemini Rusiyanın başı üzərindən yenidən Avpopaya daşımaq istəyirlər.
Ermənilərin Avropa sevdası da təsadüfi deyil. Məlumdur ki, Fransa Rusiyadan sonra ermənilərin ən böyük himayədarıdır. Fransa növbəti prezident seçkilərinə hazırlaşır. Fransada keçirilən seçkilərdə isə erməni diasporu hər zaman aktiv rol oynayıb. Bu dəfə də erməni diasporu seçki ərəfəsində Makrondan Ermənistanın lehinə qərarların qəbulu üçün hərəkətə keçiblər. Onların Makrondan əsas istəklərindən biri qısa zamanda ATƏT-in Minsk Qrupunun dirçəldilməsidir. Çünki 25 illik təcrübə göstərdi ki, Minsk Qrupu hər zaman ermənilərin mövqeyindən çıxış edib. Ona görə də həm erməni diasporu, həm də rəsmi İrəvan Minsk Qrupunun fəaliyyətə başlamasında çox maraqlıdır. Ermənilərin fikrincə, Minsk Qrupu fəaliyyətə başlayarsa, 10 noyabr anlaşması və 11 yanvar Bəyannaməsi öz hüquqi qüvvəsini itirər və bu bəd niyyətlərini heç gizlətmirlər də.
Məsələn, bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan tərəfinin təklif etdiyi 5 maddədən ibarət təkliflər paketini şərh edərkən dedi ki, "biz Azərbaycanının təkliflərinə baxa bilərik. Lakin bu müzakirələr ATƏT-in Minsk Qrupu çərçivəsində ola bilər".
Mirzoyanın bu fikirləri açıq şəkildə göstərir ki, Ermənistan 10 noyabr Anlaşmasından və 11 yanvar Bəyanatından birtərəfli qaydada boyun qaçırır. Azərbaycanla imzalanacaq sülh müqaviləsindən isə heç danışılmır. Sanki tarixin təkəri 30 il geriyə dönüb. 1992-ci ilin yanvarını yaşayırıq. Onda da vəziyyət belə idi. Qarabağda ermənilərin yaşadığı bütün ərazilərdə heç bir Azərbaycan qanunu işləmirdi.Rusiyaya sığınan erməni separatçıları Xankəndidə gündə bir anti-Azərbaycan bəyanatı verirdilər. İndi də Xankəndidə ermənilər tez-tez mövqelərimizi atəşə tutur, müxtəlif bəyanatlar səsləndirir, ən əsası o vaxtkı kimi yenə də ruslara "stavka" edirlər.
Hələ bu harasıdır. Bu günlərdə Avropa Parlamentində Azərbaycan əleyhinə "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında" qətnamə qəbul edildi. Qətnamənin 635 deputat lehinə, 2 deputat əleyhinə səs verib, 42 nəfər səs verməkdən çəkinib. Ən pisi də odur ki, Qətnamədə qeyd olunub ki, "Azərbaycan tarix boyu Qarabağdakı erməni mədəni irsini Alban tarixi abidələri kimi təqdim edib. Bu, yolverilməzdir".
Göründüyü kimi, Qətnamə birbaşa İrəvanda hazırlanıb və nöqtəsinə, vergülünə toxunmadan birbaşa səsverməyə çıxarılıb. Bu məsələdə maraq doğuran digər məqam odur ki, səsvermədə Azərbaycan nümayəndə heyətinin mövqeyi bilinmir. Cəmi 2 nəfər sənədin əleyhinə səs verib. Yəqin ki, onlar da azərbaycanlı deyil. Bəs, onda bizim bərk gedən deputatlarımız səsvermə zamanı harada olublar? Yəqin ki, başları alverə qarışıbmış.
Bəli, ermənilər bütün vasitələrdən, o cümlədən Ukrayna münaqişəsindən istifadə edərək iş görür, Azərbaycanın ərazi bütövlüyü üçün yeni təhlükələr yaradırlar. Biz isə 44 günlük Qələbənin eyforiyasında Ukraynalıların dərdini ağlayırıq.
Allah axırımızı xeyirli eləsin!
Surxay Atakişiyev,
KONKRET.az

Siyasi       Tarix: 17 mart 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən xəbərlər son xabar xabarlar cəbhədən yeni xəbərlər