Ermənistan ABŞ-la bağlı BU ADDIMI atacaq

Ermənistan ABŞ-la bağlı BU ADDIMI atacaqBu günlərdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana 5 illik yardım paketini iki dəfədən çox artıraraq, 120 milyon dollardan 250 milyon dollara çatdırması barədə xəbər verilib. Bu fakt ABŞ-Avropa Birliyi-Ermənistan üçlü formatda Brüsseldə 2024-cü ilin 5 aprelində əldə olunmuş anlaşmanın ruhuna tam uyğun gəlir.
KONKRET.az xəbər verir ki, gizli hərbi yardım elementlərini də özündə ehtiva edən və Bakının haqlı narazılığına səbəb olan həmin anlaşmada əsas hədəf, hərbi element daxil olmaqla, Ermənistanı Azərbaycana qarşı hər cəhətcə gücləndirməkdir. Təbii ki, belə olan surətdə İrəvan heç bir ədalətli sülh müqaviləsində maraqlı olmayacaq. Təsadüfi deyil ki, məhz 5 aprel anlaşmasından sonra Ermənistanın Qərblə, özəlliklə ABŞ və Fransa ilə hərbi sahədə əməkdaşlığı güclənib. Orada ABŞ ilə birgə bir neçə hərbi təlim keçirilib, Pentaqon nümayəndəsi artıq Ermənistan Müdafiə Nazirliyində oturur.
Bu da maraqlıdır ki, yenə məhz 5 aprel görüşündən sonra Ermənistanın operativ şəkildə İrəvan hava limanından Rusiya sərhədçiləri çıxarılıb, ardınca ABŞ-ın təyyarələrlə Ermənistana silah və hərbi heyət göndərilməsi və onun Qərbi Zəngəzurda yerləşdirilməsi barədə səhih xəbərlər yayılıb. ABŞ-ın Ermənistanı nəzarətə götürməsində, sözsüz ki, USAID-ə məxsusi yer ayrılır. Onun rəhbəri – Samanta Pauerin isə artıq tarixdə qalmış qondarma rejimin keçmiş "dövlət naziri", hazırda Bakı təcridxanasında olan quldur Ruben Vardanyanla sıx əlaqələri olub. Hətta Vardanyanın maliyyələşdirdiyi "Avropa" mükafat komitəsində S.Pauer də yer alıb.
Beləcə, ABŞ dövlət maraqlarının reallaşdırılması ilə məşğul olan USAİD təşkilatı həm də erməni lobbisinin əlində alət rolundadır. Yada salaq ki, USAİD ermənipərəst təşkilatlardan biri kimi Azərbaycanı qorxutmaq vəzifəsini də öz üzərinə götürüb. Xanım Pauer bu il İrəvana növbəti səfəri zamanı demişdi ki, "Qarabağda baş verən hadisələr ABŞ Dövlət Departamenti səviyyəsində öyrənilir". Görəsən nəyi öyrənməyi planlaşdırır Dövlət Departamenti?
Xatırladaq ki, 2023-cü ilin sentyabrında Qarabağda aparılan antiterror tədbirlərinə toxunan Pauer habelə Qarabağdan qovulduğu iddia edilən ermənilərlə bəzi sənədləşdirilmiş müsahibələrlə Bakını təhdid etmək istəmişdi. Lakin Qarabağdan könüllü gedən ermənilərlə görüşsə də, Ermənistandan olan azərbaycanlı qaçqın və Qarabağdan məcburi köçkünlərlə bir araya gəlməkdən imtina etmişdi. Bütün bunlara görə də ötən ilin noyabrında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "ölkədə artıq USAİD-in fəaliyyətinə yer olmadığını" bildirmişdi…
Son baş verənləri ABŞ-ın Qafqazda geosiyasi sərhədlər çəkməsi kimi qiymətləndirmək lazım gəlir. Başqa sözlə, Qərb ölkələri regionda Ermənistanı öz bastionuna çevirmək istəyir. Bu məqsədlə həmçinin Fransa tərəfindən Ermənistana göstərilən hərbi və siyasi dəstək bilavasitə Vaşınqtondan koordinasiya edilir. Ən təhlükəlisi odur ki, Vaşinqton kapitulyant ölkəyə siyasi, iqtisadi və xüsusən də hərbi dəstək verməklə orada revanşizmi körükləyir, sülh danışıqlarına "pəl vurur". Məntiqlə ABŞ regionda real böyük sülh istəyirsə, Ermənistana birtərəfli dəstəyi, xüsusən hərbi köməyi dayandırmalıdır. Həm də o səbəbə ki, "qərbçi" Paşinyan heç də Birləşmiş Ştatların tələb etdiyi kimi, ölkəsini Rusiya orbitindən uzaqlaşdırmağa hazırlaşmır. Gerçək budur ki, Ermənistan hələ də nə KTMT-dən, nə Avrasiya İqtisadi ittifaqından çıxıb. Ermənistanda Rusiyanın 102 saylı hərbi bazası, Rusiya-Ermənistan birgə hərbi qruplaşması, birgə havadan müdafiə sistemləri fəaliyyət göstərir. Türkiyə və İranla sərhədi rus hərbçilər (FTX) qoruyur. Rusiya hələ də Ermənistan iqtisadiyyatın 70%-nə birbaşa nəzarət edir. Yerdə nə qaldı? Son günlər İrəvan rəsmiləri Rusiyaya yenidən reveranslara başlayıb. Yəni yekun belə ola bilər ki, Ermənistan həmişəki kimi, Rusiya orbitində qalacaq, itirən isə ABŞ olacaq. Əvəzində regionda yaratdığı gərginliyə görə heç bir dövlət Amerika ilə sıx əməkdaşlıq etməkdə maraqlı olmayacaq. Odur ki, nə qədər gec deyil, Vaşinqton Güney Qafqazla bağlı yanlış siyasətinə ciddi düzəliş etməli, bölgənin açar ölkəsi olan Azərbaycanın sülh və əməkdaşlıqla bağlı şərtlərini dəstəkləməlidir. Rəsmi Bakı dəfələrlə açıq mətnlə Ermənistanın revanşist siyasətini dolayısı ilə dəstəkləyənlərə, bu ölkəni hərbi cəhətdən gücləndirməyə çalışanlara xəbərdarlıqlarını edib, mesajlarını çatdırıb. Brüssel toplantısında Ermənistanla bağlı hərbi paktın qəbul edilməsi faktı gizlədilsə də, ABŞ, Fransa və digər ölkələrdən İrəvan hava limanına daşınan silahlar, ABŞ-nin Zəngəzurla bağlı hərbi baza planı və digər gəlişmələr Qərbin çox təhlükəli ssenariləri işə saldığını ortaya qoyur. Konqrse və digər səviyyələrdə Ermənistanın himayə olunması ilə paralel şəkildə USAİD-in də maliyyə dəstəyini iki dəfədən çox artırması Bakı-Vaşinqton münasibətlərinə təsirsiz ötüşməyə bilər. Bəs, ekspertlərimiz nə düşünür: ABŞ yanlış yoldan dönəcəkmi?
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Yeni Müsavat"a bildirdi ki, ABŞ-ın Cənubi Qafqazda həyata keçirdiyi hazırki siyasət Azərbaycanda haqlı olaraq müəyyən suallar doğurur: "Ermənistana üstünlük verməyə başlayıblar, ona daha çox maliyyə ayırırlar. Keçmiş illərdə ABŞ Konqresi hətta Qarabağ separatçılarına maliyyə ayırırdı. İndi də Azərbaycan özüzünün ərazi bütövlüyünü təmin etdiyinə görə, bu cür təxribatlara əl atılır. Bütün bunlar təbii olaraq suallar doğurur. Üstəgəl, ABŞ-ın Ermənistanda əsas məqsədi odur ki, onu Rusiyanın caynağından qopartsın, Kremlin Ermənistana təsirini azaltsın. Amma ABŞ bu siyasəti yürüdərkən təəssüf ki, bəzi hallarda Azərbaycanın təhlükəsizlik maraqlarını nəzərə almır. Çünki Ermənistanın silahlanmasına imkan vermək, onu gücləndirmək gələcəkdə bölgədə yeni bir toqquşmaya rəvac verə bilər. Aydındır ki, Azərbaycan buna seyrçi qalmayacaq".
E.Şahinoğlu qeyd etdi ki, bütün bunlara baxmayaraq, Azərbaycan ABŞ-la dialoqdan imtina etmir: "Qarşılıqlı səfərlərin sayı azalmır. Vaşinqon və Bakıda müxtəlif görüşlər keçirilir, müzakirələr aparılır. Elə bu günlərdə ABŞ kəşfiyyatının rəsmisi Bakıda səfərdə idi. Azərbaycandan da nümayəndə heyətləri tez-tez Vaşinqtona gedir. Çünki iki ölkə arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq hər zaman yeksək səviyyədə olub".
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov isə hesab edir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) fondunun Ermənistana yanaşması bu ölkəyə təsir və təzyiq imkanlarını artırmağa köklənib: "6 ay ərzində USAİD rəhbəri Samanta Pauer dəfələrlə Ermənistana səfərlər edib. USAİD-in müxtəlif rəsmiləri də tez-tez Ermənistanda olurlar. Diqqət etsək, görərik ki, USAİD rəhbərinin Ermənistana çox sürətli formada səfərlər etməsi və bunun fonunda USAİD-in Ermənistana maliyyə yardımını heç bir zərurət olmadan 120 milyon dollardan 250 milyon dollara qədər artması ciddi suallar yaradır. Ermənistanın fəal şəkildə Rusiyanın təsiri dairəsindən çıxarılması üçün ABŞ tərəfindən addımlar atılır. Baxmayaraq ki, bu, effektiv olmayacaq. Çünki bu gün nə qədər Qərb imperializmi Ermənistandakı "sorosçu"lar vasitəsilə bu ölkəyə təsir göstərməyə çalışsa da, faktiki olaraq hələ də Gümrü şəhərində Rusiyanın hərbi bazası var. Hələ də Ermənistanın sərhədlərini Rusiya sərhədçiləri qoruyur. ABŞ-nin sonrakı planlarının dəqiq ölçüsünü müəyyən etmək çətindir, amma görünür ki, Vaşinqtonun əsas məqsədi Azərbaycan-Ermənistan münasibətləri üzərində Rusiyaya qarşı regional təbəqə yaratmadır.Rusiya sərhədçilərinin Ermənistan sərhədlərində qalması vaxtsız və müddətsiz formanı ehtiva edir. Belə olan halda USAİD-in və müxtəlif imperialist təşkilatların Ermənistan ərazisində at oynatması Avropa İttifaqını mülki-müşahidə missiyası adı altındakı casus şəbəkəsinin burada fəaliyyəti ilə paralel baş verir. Həmçinin, Ermənistanda ABŞ ilə birgə hərbi təlimlərin keçirilməsi də göstərir ki, coğrafi baxımdan kiçik və hansısa bir təbii sərvətləri olmayan bir ölkə niyə bu gün ABŞ üçün bu qədər cəlbedici görünür. Bunun ən böyük səbəbi Ermənistan vasitəsilə həm Cənubi Qafqaza daha çox təsir etmək, həm də Rusiyaya qarşı yeni bir cəbhə formalaşdırmaqdır. USAİD-in də birdən-birə Ermənistana ikiqat yardım ayırması məhz ABŞ-ın Ermənistan ərazilərini növbəti bir geopolitik qarşıdurma poliqonuna çevirmək niyyətini ortaya qoymuş olur".
Hələlik ABŞ Dövlət Departamenti və ya USAİD-dən Bakının narahatlıqlarına reaksiya yoxdur. Gözləyək…Musavat.com

Siyasi       Tarix: 14 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Avropa bu məsələdə bir araya gələ bilmir – Mübahisələr getdikcə dərinləşir

Almaniya və Avropa İttifaqının daha 4 ölkəsi Madridin pandemiya dövründən qalan borcların ödənilməsini təxirə salmaq və Aİ büdcəsini yüz milyardlarla avro artırmaq təklifinə qarşı çıxıb. xəbər verir ki, Aİ-də təxminən 2 trilyo

Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin indiki məqamda müharibənin bitməsinə qərar verməsinin rus ordusunda mübahisə doğuracağını bildirib. "Putin əsgərlərin qəzəbli şəkildə geri qayıdı

30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?

30 il. Bir insan ömrünün böyük hissəsidir. Azərbaycanın isə son 30 ildən artıq tarixi asan keçməyib. Azərbaycan üçün bu illər yalnız bir müharibənin deyil, həm də ədalətin bərpası uğrunda aparılan uzun və çətin mübarizəni

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahl

Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı

Rusiya və Azərbaycan arasında münasibətlərin gələcək istiqamətləri ilə bağlı Moskvada mühüm diplomatik təmas baş tutub. xəbər verir ki, tərəflər qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər. Rusiya xarici işlər nazirini

Qarabağa diplomatik səfər və Ermənistanın "suverenlik sınağı"

Bəzən bir diplomatik səfər uzun siyasi bəyanatlardan daha çox həqiqəti üzə çıxarır. Sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri də məhz bel

Prezident onları təltif etdi

Auditorlar Palatası üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərin

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

Lavrov: "Avropa İttifaqı Ermənistanı aldadacaq"

Rusiya xarici işlər naziri Sergey Lavrov Aİ hakimiyyətinin avrointeqrasiya məsələsində Ermənistanı aldadacağını bildirib. KONKRET.azxəbər verir ki, bu barədə Rusiyanın RT nəşri yazıb. Lavrov Ermənistanın Aİ-yə necə daxi


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber xəbər.az cəbhədən canlı xeberler bu gun