Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
"Hazırda Ermənistan tərəfindən Azərbaycana kompensasiya ödənilməsi məsələsi Ermənistan-Azərbaycan danışıqlarının müzakirə mövzusu deyil".
azxeber.com APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində bildirib.
Eyni zamanda o, Azərbaycan tərəfinin ölkəmizə dəymiş ziyanın müvafiq qiymətləndirməsini həyata keçirdiyini açıqlayıb:
"Burada söhbət bir dövlətin məsuliyyətindən gedir. Ermənistan 30 il ərzində beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, Azərbaycana qarşı güc tətbiq edib, Azərbaycanın ərazilərini işğala məruz qoyub və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməkdən imtina edib. İşğal dövründə Ermənistan Azərbaycanın şəhər və kəndlərini tamamilə dağıdıb. Ərazilərimiz işğaldan azad edildikdən sonra bizim tərəfimizdən dəymiş ziyanın BMT-nin metodologiyası əsasında kompleks qiymətləndirilməsi həyata keçirilib. Bu qiymətləndirməyə əsasən, ölkəmizə dəymiş zərər ümumilikdə 150 milyard dollara yaxın həcmdə təşkil edir".

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı