Ermənistan Azərbaycandan niyə neft ala bilməz? - ŞOK SƏBƏBLƏR

Ermənistan Azərbaycandan niyə neft ala bilməz? - ŞOK SƏBƏBLƏRBir neçə gün əvvəl Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan erməni şirkətlərinin Azərbaycandan neft və neft məhsulları almaq imkanını nəzərdən keçirdiyini bildirib. Onun sözlərinə görə, "yanacaqla bağlı növbəti addımlar artıq özəl ixracatçılar və idxalçılar arasında əməkdaşlıq çərçivəsində atılır və mümkün sövdələşmələrin şərtləri bazar mexanizmləri ilə müəyyən olunacaq". Qriqoryanın bu açıqlamaları hər iki ölkənin mediasında geniş müzakirələrə səbəb olub.
KONKRET.az xəbər verir ki, Haqqin.az-a müsahibəsində Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib ki, son həftələr bu mövzu daim gündəmdədir, lakin ətrafında çoxlu anlaşılmazlıqlar və fərziyyələr mövcuddur.
Onun sözlərinə görə, məntiqli bir sual ortaya çıxır: Ermənistan nə üçün Azərbaycandan neft almalıdır? Bu ölkə indiyədək heç bir dövlətdən bir barrel belə xam neft almayıb və hətta öz neft emalı zavoduna malik deyil.
Ermənistan Azərbaycandan niyə neft ala bilməz? - ŞOK SƏBƏBLƏRİlham Şaban vurğulayıb ki, hətta Azərbaycanla daha sıx iqtisadi və logistik əlaqələrə malik olan Gürcüstan belə müstəqillik əldə etdiyi 34 il ərzində Azərbaycandan heç vaxt xam neft almayıb. Bu baxımdan, ekspertin fikrincə, Ermənistanın neft və ya neft məhsulları alacağı barədə müzakirələr daha çox "informasiya səs-küyü" təsiri bağışlayır.
Şabanın qənaətinə görə, Azərbaycanla Ermənistan arasında real ticarətin başlanması diplomatik münasibətlərin qurulması baş vermədən mümkün deyil. "Diplomatik münasibətlər isə yalnız iki ölkə arasında sülh sazişi imzalandıqdan sonra yarana bilər. Bu da ən yaxşı halda Ermənistanda keçiriləcək seçkilərdən sonra — təxminən yay aylarında mümkün ola bilər. Bundan sonra texniki məsələlərin həlli, diplomatik nümayəndəliklərin açılması, iqtisadi əlaqələrin formalaşdırılması, hökumətlərarası sazişlərin, daha sonra isə aidiyyəti qurumlar və kommersiya subyektləri arasında müqavilələrin imzalanması üçün vaxt tələb olunacaq", — deyə o bildirib.
Ekspertin sözlərinə görə, yalnız bütün bu mərhələlərdən sonra real tədarüklərdən danışmaq olar.
İlham Şaban xatırladıb ki, Rusiya neft məhsullarını Ermənistana Novorossiysk–Poti marşrutu, daha sonra isə dəmir yolu və ya avtomobil nəqliyyatı vasitəsilə çatdırır ki, bu da Gürcüstanla müqayisədə daha yüksək nəqliyyat xərcləri səbəbindən daşınmanı bahalaşdırır.
"Azərbaycan variantında isə bu xərclər xeyli aşağı ola bilər, çünki logistika daha sadədir və tərəflər birbaşa razılaşa bilərlər. Neft və neft məhsulları ticarətində həcmlər və müqavilələrin müddəti həlledici əhəmiyyət daşıyır: birdəfəlik tədarüklər uzunmüddətli və iri həcmli müqavilələrlə müqayisədə 40–50 faiz daha baha başa gələ bilər", — deyə iqtisadçı əlavə edib.

Siyasi       Tarix: 14 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal xeberler krminal bu gun sonxeberler bugunun xeberleri