"Ermənistan bölgəni silah anbarına çevirib
"Çağırışçıların çağırış müddəti bitdikdən sonra evlərinə buraxılmaması Ermənistan hakimiyyətinin hansısa "təhdid"ə qarşı verdiyi qərar ola bilər".
Bu sözləri azxeber.com-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli Ermənistanda hərbçilərin gec tərxis olunmasına münasibət bildirirkən deyib.
O, hesab edir ki, Ermənistan guya Azərbaycanın ona hücum etməsindən qorxduğu üçün bu addıma əl atır:
"Yəqin ki, onlar bu addımı ona görə atıblar ki, guya Azərbaycan ordusu Ermənistana hücum edə, müharibəyə başlaya bilər. Onlar özləri görün nə hallara qalıblar. Bölgəni silah anbarına çeviriblər. Bir tərəfdən də Ermənistan hərbçilərinin tərxis edilməsini uzadırlar. Başdan-ayağa fırıldaqla məşğuldurlar".
Qeyd edək ki, ötən gün Ermənistan hökumətinin iclasında əsgərlərin yay çağırışı müddəti uzadılıb. Bununla da aydın olur ki, Ermənistan ordusunun hərbçiləri evə buraxılmır.
Mikayıl Mirzəzadə

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov