Ermənistan ÇALXALANIR: Vətəndaşlar ölkədən qaçmağa başladı - ŞOK DETALLAR

Ermənistan ÇALXALANIR: Vətəndaşlar ölkədən qaçmağa başladı - ŞOK DETALLARBudəfəki mövzumuz Ermənistandır. İşğalçı ölkənin bugünkü ağır durumu, sabaha miras qalan problemlər adıçəkilən bədnam qonşularımızı daha da uçuruma yuvarlaya bilər. Valideynlər övladlarını hərbi xidmətə göndərmək istəmirlər.
İşsizlik Ermənistan cəmiyyətində əsas problem olaraq qalır. Demoqrafik vəziyyət müharibədən sonra ön plana çıxıb. Ümid isə 20 noyabrdakı növbədənkənar parlament seçkilərinədir.
Bütün bunları politoloq İlqar Vəlizadə ilə müzakirə etdik.
Ermənistan ÇALXALANIR: Vətəndaşlar ölkədən qaçmağa başladı - ŞOK DETALLARPolitoloqun Publika.az-a müsahibəsini təqdim edirik.
- İlqar müəllim, 44 günlük savaşdan sonra Ermənistanda cəmiyyət həyatının bütün sahələrində ciddi tənəzzül müşahidə olunur. Bunu özləri də etiraf edirlər. Deyirlər ki, ölkədə gərgin mühit hökm sürür. Əslində Ermənistanda nələr baş verir?
- Əslində bu suala heç ermənilərin özləri də cavab verə bilmirlər. Digər tərəfdən də bu suallara cavab tapa bilməməyin özü Ermənistanda baş verən qarışıqlığı, prosesləri özündə xarakterizə edir. Hazırda bu ölkədə müxtəlif qrupların, fərqli-fərqli maraqların toqquşması müşahidə olunur. Burada əsas məsələ həmin qrupların üzümüzə gələn parlament seçkilərində qalib gəlmələri ilə bağlıdır. Onların hər biri bu seçkilərdən qalib çıxmaq istəyirlər. Ona görə də müxtəlif daxili qruplar, onların xaricdəki havadarları arasında rəqabət gedir. Onların başı bir-birləri ilə mübarizəyə qarışıb. Hazırkı vəziyyət göstərir ki, hakimiyyət çox zəifdir. Eləcə də hər iki tərəf zəif təsiri bağışlayır. Müxalifətin də zəifliyi müşahidə edilir. Yəni, güclü tərəf yoxdur. Belə olan halda mövzud iqtidarın əlində müəyyən imkanlar var. Onlar mövcud vəziyyətə daha çox müdaxilə etmək imkanlarına malikdirlər. Onsuz da bu imkanlardan mümkün qədər istifadə edirlər. Müxalifət – burada söhbət "Qarabağ klanı"nın tör-töküntülərindən söhbət gedir – eyni zamanda, digər maraqlı qütblər həm müxalifət meydanında oynamaq, həm də hakimiyyətin dayaqlarından istifadə etmək istəyirlər. Onların hakimiyyətdə, inzibati orqanlarda da çoxlu sayda pərəstişkarları var. Həmin şəxslərin əli ilə seçkiqabağı mərhələdə müəyyən işləri görməyə çalışırlar.
- Bəs hazırda Ermənistan ordusunda müharibədən sonrakı durum necədir? Bir ara ordu rəhbərliyi siyasi proseslərə də qarışmağa can atırdı...
- Orduda da təxminən eyni durumdur. Ermənistan ordusu da vahid bir qurum kimi görsənmir. Hər halda son olaylar bunu deməyə əsas verir. Daxili siyasi gərginlik orduya da sirayət edib. Həmin proseslərdə ordu da öz rolunu oynaya bilər. Amma artıq göstərir.
- İlqar müəllim, müharibədən əvvəl də Ermənistanda demoqrafik vəziyyət yaxşı deyildi. Bəs 44 günlük savaşdan sonra Ermənistanda demoqrafik vəziyyət hansı istiqamətdə inkişaf edəcək?
- İqtisadi terminlə desək, Ermənistan bu gün daralan bazar anlayışını özünüdə əks etdirir. Ermənistanda köç, demoqrafik vəziyyətin katostrafik həddə gəlib çatması artıq tendensiya halını alıb. Bunun qarşısını almaq mümkün deyil. Əvvəlki illərdə də sürətli köç Ermənistanda müşahidə edilməkdə idi. İndi görün, müharibədən və pandemiyadan sonra bu proses nə qədər sürətlənəcək. Artıq bunu Ermənistanın hakim dairələri də bunu etiraf edirlər. Ölkə müxalifətinin əksəriyyəti də bu fikirdədir ki, əhalinin böyük əksəriyyəti çamadanlarını hazırlayıb üzərində oturublar, onlar karantinin bitməsini gözləyirlər. Yəni, pandemiya başa çatan kimi, onlar ölkəni tərk edəcəklər. Onlar evlərini, mülklərini satırlar. Hətta təkcə öz ölkələrində deyil, Dağlıq Qarabağdakı evlərini, mülklərini də satışa çıxarıblar. Xankəndidə bu cür halların sayı artıb. Məsələ ondadır ki, üzümüzə gələn illərdə Ermənistan iqtisadiyyatını nəsə yaxşı bir şey gözləmir.
- Müharibədən sonrakı dövrdə Azərbaycanın işğal altında olan torpaqlarını talamaqla öz güzaranını təmin edən ermənilər indi çox çətin durumdadırlar, nə edəcəklərini bilmirlər. Çünki ölkədə iş yeri yoxdur, qazanc çox aşağı səviyyədədir. 20 iyun seçkilərindən sonra vəziyyət düzələcəkmi, yoxsa ümid yenə də Zəngəzur dəhlizinin açılmasına qalır?
- Hər şey onların özlərindən asılıdır. Əgər doğrudan da ermənilər reallığı olduğu kimi dərk eləsələr, qonşu ölkələrlə münasibətlərini bərpa etməyə cəhd göstərsələr, o zaman vəziyyət tədricən də olsa dəyişilə bilər. Yox, əgər hazırkı mövqelərini davam etdirsələr, onda durumları daha da ağırlaşacaq. Çünki Türkiyənin mallarından imtina edirlər, Zəngəzur dəhlizinin açılmasına müxtəlif maneələr törədirlər. Əgər vəziyyət bu cür davam eləsə, Ermənistanın gələcəyi haqqında xoş söz demək mümkün deyil. Ermənilərin vəziyyətinin düzəlməsi ilə bağlı da xoş, yaxşı bir şey gözləmək olmaz.
- İrəvanda kənara çıxanda yaşayış məntəqələri yoxsulluğun bariz nümunəsini əks etdirirlər. Gələcək üçün heç bir perspektiv yoxdur. Məsələn, Ermənistanın Şirak rayonunun kişi əhalisinin 70 faizi hazırda Rusiyadadır. Vəziyyət bu cür davam edərsə, Ermənistanı daha hansı fəlakətlər gözləyə bilər?
- Ermənistan əhalisinin demək olar ki, yarısı İrəvanda və Ararat düzənliyində yaşayır. Bu da prinsip etibarı ilə paytaxta yaxın areallardır. Abovyan, Metsamor kimi balaca şəhərlər də buradadır. Bəlkə də ölkənin yarısından çoxu İrəvan və bu bölgələrdə məskunlaşıblar. Digər ərazilərdə - Şirakda, Sünikdə əhali tədricən azalır. Ona görə ki, həmin bölgələrdə iş yerləri yoxdur. Kənd təsərrüfatı ilə məşğul olmaq da insanlara sərf eləmir. Çünki ildən-ilə həmin ərazilərdə vəziyyət daha da pisləşir. Sərt iqlim şəraiti hökm sürür. Ermənistan əsasən dağlıq ərazilərdən ibarətdir. Düzənlik ərazilər azdır. Əsasən kəndlilər maldarlıqla məşğul ola bilərlər. Həmin ərazilər kənd təsərrüfatı üçün problemlidir. Eyni zamanda, orada su qıtlığı müşahidə edilir. Vaxtilə orada irriqasiya sistemləri fəaliyyət göstərirdi. Hazırda dövlət bu işlərə pul ayırmır. Ona görə də Ermənistanda irriqasiya sistemləri indi çox bərbad vəziyyətdədir. Ancaq təbii su rezervlərindən istifadə etməyə çalışırlar. Bundan başqa, Ermənistanda sənaye infrostrukturu yoxdur. Gorusda, Mehridə də sənayə müəssisələri demək olar ki, yox dərəcəsindədir. Ölkənin şimalında müəyyən sənaye müəssisələri mövcuddur. Alaverdi deyilən ərazidə - biz ona Allahverdi deyirik- şimalda, mis yataqları var. Onları istismar edirlər. Bəzi yerlərdə də cüzi mədən sənayeləri mövcuddur. Dövlət kənd təsərrüfatına pul ayırmır. Ona görə də iş yerləri yoxdur. Ararat düzənliyindəki əhali də kənd təsərrüfatı məhsullarını yetişdirib ancaq İrəvana satır. Digər ərazilərin camaatı bu imkanlardan məhrumdur. Ona görə də digər ölkələrə üz tuturlar. Xüsusilə də Rusiyaya gedirlər. Ailələri Ermənistanda qalır və Rusiyadan qazandıqları pulları buraya yönəldirlər. Ermənilərin iqtisadiyyatı məhz bu amillər üzərində qurulub.
- Ermənistan pandemiya ilə mübarizədə çətinlik çəkir. Səhiyyədə bərbad vəziyyət hökm sürür, dərman çatışmazlığı özünü açıq şəkildə büruzə verir. Ölüm halları artır...
- Etiraf edək ki, dünyanın ən böyük dövlətləri də pandemiya ilə mübarizədə çətinlik çəkirlər. Bütün hallarda, inkişaf etmiş və etməkdə olan ölkələr yaranmış problemlə mübarizə aparmağı bacarırlar. Çünki iqtisadi resursları buna imkan verir. Pandemiya dövründə Azərbaycanın özündə neçə-neçə modul tipli xəstəxanalar açılıb. Ermənistanda bir dənə də olsun modul tipli xəstəxana istifadəyə verilməyib. Hətta Azərbaycanda təkcə modul tipli yox, stasionar xəstəxanalar da istifadəyə verilib. Amma Ermənistanda belə deyil. Çünki ölkə iqtisadi baxımdan zəifdir. İmkanları, resursları yoxdur. Ermənistan vaksinasiyaya da ən gec qoşulan ölkələrdən biridir. Vaksin almaq imkanları azdır. Kifayət etmir. Onlar ümid edirlər ki, kimsə humanitar yardım qismində onlara bu vaksinləri gətirəcək. İndi Rusiya ermənilərə "Sputnik-V" vaksinləri yumanitar yardımlar adı altında gətirir. Ermənilər öz pulları ilə bunu etmirlər. Ona görə də Ermənistandakı vəziyyət göz qabağındadır. Bunu şərh etməyə də ehtiyac qalmır. Onu da demək lazımdır ki, aparıcı erməni həkimləri də Rusiyaya üz tuturlar. Rusiyanın xəstəxanlarındakı erməni soyadlı həkimlər üstünlük təşkil edir. Ermənistanda həkimlər də digər insanlar kimi Rusiyaya yollanırlar. Çünki Ermənistanda onların işləmələri üçün normal imkanlar yoxdur.
- Vətəndaşlar artıq övladlarını orduya göndərmək istəmirlər, müharibədə iştirak etmiş şəxslər isə heç bir yardım ala bilmirlər. Onların statusunun müəyyənləşdirilməsində belə ciddi problemlər mövcuddur. Bu gedişlə Ermənistan ordusuz qala bilərmi?
- Ermənistan ordusu anlayışı şərti anlayışdır. Belə ordu olmaz. Bu, ordu deyil. Sadəcə əsgərlərə hərbi forma geyindirirlərsə, nizam-intizam yoxdursa, bu ordu sayılmır. Mütəşəkkil qaydada təşkil olunmuş bir struktur olmalıdır. Həmin struktur isə görsənmir. Yeri gəlmişkən, Zəngəzurda bizim sərhədçilərlə olan insident onu göstərir ki, ordu zabiti özünü bu cür aparmaz. Azərbaycan hərbçilərinə baxın, görün, özlərini necə təmkinli aparırlar. Bizdə digər ordu bölmələri ilə əlaqəli koordinasiya mövcuddur. Ermənistan ordusunun təmsilçisinin özünü necə apardığını da məlum hadisələr zamanı gördük. Bu onu göstərir ki, Ermənistanda ordu yoxdur. Faktiki olar ordu yoxdur, sadəcə olaraq ordu adlandırılan bir qurum mövcuddur. Nazirlik var. Ermənistan Müdafiə Nazirliyinin baş qərargahında da vəziyyət gərgindir. Son hadisələr də bunu göstərir. Bütün bunlar "orduya" da sirayət edib. Ermənistan ordusunda hazırda acınacaqlı vəziyyət yaşanır. Ona görə də Ermənistan ordusunun yenidən formalaşdırılmasına ehtiyac var. Hazırkı proses davam edərsə, Ermənistan ordusundakı mövcud deqradasiya prosesi daha acınacaqlı hal ala bilər. Ona görə də ermənilər Rusiyaya üz tuturlar. Onlara elə gəlir ki, sərhədlərini də ruslar qorumalıdır. Təhlükəsizliklərini də rusların təmin etməli olduqlarını düşünürlər. Birgə korpuslardan danışırlar. Buna ümidləri böyükdür. Əslində bunlar birgə korpus da deyil, rusların korpuslarıdır. Ermənilər də orada iştirak edirlər. Bunları açıq-aşkar söyləmək lazımdır. Bunlar propoqanda deyil. Göz önündə olan proseslərdir.
Tural Turan

Dünya     Baxılıb: 372   Tarix: 03 may 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər axsam az xeberler son xəbərlər azərbaycanda sonxeber.az