Ermənistan Fransa və Hindistan birləşdi: Azərbaycana qarşı yeni PLAN HAZIRLANIR?

Ermənistan Fransa və Hindistan birləşdi: Azərbaycana qarşı yeni PLAN HAZIRLANIR?Ermənistanın son dövrlərdə Hindistan və Fransa kimi ölkələrdən silah alması regionda yeni müzakirələrə səbəb olub. Rəsmi İrəvan bir tərəfdən Azərbaycanla sülh gündəmindən danışsa da, digər tərəfdən hərbi arsenalını gücləndirməyə davam edir.
Bəs Ermənistanın paralel şəkildə həm sülh mesajları verməsi, həm də sürətli silahlanmaya getməsi hansı məqsədlərə xidmət edir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, Azərbaycan Ermənistanın sülh mesajlarına ehtiyatla yanaşmalıdır.
Ermənistan Fransa və Hindistan birləşdi: Azərbaycana qarşı yeni PLAN HAZIRLANIR?Onun sözlərinə görə, Ermənistan hazırda həm iqtisadi, həm də hərbi baxımdan zəif vəziyyətdədir və vaxt qazanmağa çalışır:
"Ermənistanın həm iqtisadiyyatını ayağa qaldırmağa, həm də hərbi gücünü bərpa etməyə ehtiyacı var. Ona görə də Paşinyan hakimiyyəti və digər Ermənistan rəsmiləri bu gün sülhdən danışır, Qarabağ məsələsinin bağlandığını bəyan edir. Amma onların səmimiyyətinə inanmaq olmaz.
Revanşistlər açıq şəkildə bildirirlər ki, hakimiyyətə gəldikləri halda əvvəlki iddiaları yenidən gündəmə gətirəcəklər. Hətta Paşinyan hökuməti belə iqtisadi və hərbi baxımdan gücləndikdən sonra Azərbaycana və Türkiyəyə qarşı yenidən ərazi iddiaları irəli sürə bilər".
Partiya sədri hesab edir ki, məhz buna görə Azərbaycan sülh sazişi ilə bağlı daha sərt və konkret şərtlər irəli sürməlidir:
"Ermənistanın silahlanmasının qarşısını alan şərtlər olmalıdır. Ermənistan müharibə təzminatı ödəməlidir. Azərbaycan torpaqları ilə bağlı tarixi məsələlərin müzakirəsinə hazır olduğunu bəyan etməlidir. Eyni zamanda hücum xarakterli silahlar əldə etməmək barədə öhdəlik götürməlidir".
Tural Abbaslı vurğulayıb ki, Ermənistanın son dövrdə keçirdiyi hərbi paradlar, Fransa ilə hərbi əməkdaşlığını genişləndirməsi və Hindistandan silah alması regionda etimad mühitinə mənfi təsir göstərir:
"Bu gün Ermənistan çalışır ki, Azərbaycanla bərabərhüquqlu tərəf kimi danışsın. Bir tərəfdən sülhdən danışırlar, digər tərəfdən parad keçirirlər. Paradlar adətən düşmənə güc nümayişi məqsədi daşıyır. Fransa ilə əlaqələri genişləndirirlər, oradan texnika alırlar, Hindistandan silah əldə edirlər. Bütün bunlar onların real niyyətləri ilə bağlı ciddi suallar yaradır".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 20 may 2026
f Paylaş

Oxşar xəbərlər

Medvedyevdən SƏRT XƏBƏRDARLIQ: Litva dünya xəritəsindən silinə bilər

Rusiya ilə hərbi münaqişə baş verəcəyi təqdirdə Litva "dünya xəritəsindən silinə bilər". xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bəyan edib. Onun sözlərinə görə, Litv

Zelenskidən KRİTİK TƏKLİF: "Rusiya bu addımı atsa..."

Ukrayna qarşılıqlı addım atılacağı təqdirdə Rusiyanın kritik infrastruktur obyektlərinə zərbələr endirməməyə hazırdır. xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb

Diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatdı

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfəri başa çatıb. xəbər verir ki, səfərin ikinci günündə diplomatik korpusun nümayəndələri Ağdərə rayonunun Vəngl

"Xanımımla Şuşada daha çox qalmaq üçün nə edə biləcəyimizi planlaşdırdıq

"Bu, Şuşaya ilk səfərim deyil. Mən artıq 10 dəfədən çox Şuşa şəhərində olmuşam. Demək olar ki, Şuşaya vurulmuşam". xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmo

Lavrov Zarubinə güc tətbiq etdi, bunları dedi

Rusiya xarici işlər naziri Sergey Lavrov BRİKS sammitində jurnalist Pavel Zarubinlə maraqlı dialoqu ilə diqqət çəkib. KONKRET. -a istinadən xəbər verir ki, hadisə Rusiya Prezidenti Vladimir Putinlə Hindistanın Baş nazir

Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"

ABŞ konqresmeni Abraham Hamadeh Ermənistan və Azərbaycan arasında sülh prosesinin çoxlarının gözlədiyindən daha sürətlə irəlilədiyini bildirib və Donald Trampın hazırkı prezidentlik müddətinin bitməsindən çox əvvəl yeku

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb. xəbər verir ki, mərasim Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı il

Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib ki, Gümrüdəki Rusiya 102-ci hərbi bazasının mövzusunu İrəvan qaldırmayıb. Ermənistan KİV-inə istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Simonyan bildiri

Fərid Şəfiyevə 3 müavin də təyin edildi

Bu gün Fərid Rauf oğlu Şəfiyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamlar


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər.com cəbhədən şad xəbər sonxeber.az en yeni xeberler