Ermənistan niyə Azərbaycanla qalib gələ bilməz? - ABŞ mediası

Ermənistan niyə Azərbaycanla qalib gələ bilməz? - ABŞ mediasıABŞ-ın nüfuzlu "National İnterest" (The National İnterest) jurnalında təhlükəsizlik məsələləri üzrə analitik Harrison Kassın qələmə aldığı "Ermənistan niyə Azərbaycan ilə hava müharibəsində qalib gələ bilməz?" ("Here"s Why Armenia Can"t Win an Air War Against Azerbaijan") adlı məqalədə Azərbaycanın hərbi üstünlüyü geniş təhlil olunur.
KONKRET.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Elbəyi Həsənli qeyd edib.
"Müəllif hesab edir ki, İkinci Qarabağ müharibəsi müasir müharibələrin xarakterini dəyişən əsas hadisələrdən biri oldu. Onun fikrincə, Azərbaycanın pilotsuz uçuş aparatları, kamikadze dronlar və radioelektron mübarizə vasitələrindən istifadə etməsi sonradan Ukrayna müharibəsində də tətbiq olunan yeni hərbi modelin ilk nümunələrindən biri idi.
Məqalədə vurğulanır ki, Azərbaycan son illərdə ordusunu Türkiyə və İsrail istehsalı olan müasir texnologiyalar əsasında yenidən qurub. "Bayraqdar TB2", "Harop" və digər pilotsuz sistemlər Azərbaycanın döyüş konsepsiyasının əsasını təşkil edir. Ermənistan isə əsasən sovet dövründən qalan hərbi doktrinaya və köhnəlmiş hava hücumundan müdafiə sistemlərinə arxalanmaqda davam edir.
Harrison Kass yazır ki, Azərbaycanın üstünlüyü yalnız silahların sayında deyil. Əsas fərq hərbi düşüncə tərzindədir. Bakı müasir müharibəni pilotsuz sistemlər, dəqiq zərbələr, fasiləsiz müşahidə və elektron mübarizə üzərində qurduğu halda, Ermənistan klassik hava döyüşü modelindən tam uzaqlaşa bilməyib.
Müəllif həmçinin Azərbaycanın iqtisadi və demoqrafik üstünlüklərinə də diqqət çəkir. Təxminən 10,7 milyon əhalisi və daha böyük iqtisadi potensialı Azərbaycana müdafiəyə daha çox vəsait yatırmağa imkan verir. Bundan əlavə, Türkiyə və İsraillə strateji hərbi əməkdaşlıq Bakının üstünlüyünü daha da gücləndirir.
Məqalənin yekun nəticəsi birmənalıdır. Müəllif hesab edir ki, kənardan ciddi hərbi müdaxilə olmadığı təqdirdə, Ermənistanın Azərbaycanla yeni hava müharibəsində üstünlük qazanmaq şansı son dərəcə zəifdir. Azərbaycanın pilotsuz sistemlərə əsaslanan müasir hərbi modeli ona hava məkanında qısa müddətdə üstünlük əldə etmək imkanı verir.
Əslində, bu məqalə təkcə Azərbaycan və Ermənistan haqqında deyil. O, həm də Qərbdə formalaşan yeni yanaşmanı göstərir. Artıq 2020-ci il Qarabağ müharibəsi lokal münaqişə kimi deyil, XXI əsr müharibələrinin yeni modelini nümayiş etdirən hadisə kimi qiymətləndirilir. Müəllifin fikrincə, bu model sonradan Ukrayna cəbhəsində də öz təsdiqini tapdı və müasir hərbi strategiyaların inkişafına ciddi təsir göstərdi", – o vurğulayıb.

Siyasi       Tarix: 12 iyul 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər azərbaycanda ən son xeberler son.xeberler son xəbər