Ermənistan parlamentində qalmaqal

Ermənistan parlamentində qalmaqalErmənistan parlamentində hakim "Vətəndaş müqaviləsi" partiyası ilə müxalifət arasında qarşıdurma səngimir.
KONKRET.az xəbər verir ki, müxalif "Ermənistan" blokunun deputatı Mesrop Manukyan parlamentin keçmiş spikeri, hazırda Təhlükəsizlik Şurasının katibi Alen Simonyanı yeni spiker Ruben Rubinyanın siyasi etikaya və korrekt davranışa dair çağırışlarını açıq şəkildə saymamaqda ittiham edib.
Manukyan bildirib ki, Daşnaksütyun Qarabağın itirilməsi ilə heç vaxt barışmayacaq və bunu Nikol Paşinyan hakimiyyətinin üzərinə qoymağa davam edəcək. Onun fikrincə, hakimiyyət korrupsiya, idarəçilik və xarici siyasətlə bağlı konkret tənqidlərə cavab vermək əvəzinə müxalifət nümayəndələrinin keçmişi ilə bağlı mövzuları gündəmə gətirməyə çalışır.
Manukyan hakim partiyanın deputatı Taqui Kazaryanın onun ünvanına səsləndirdiyi ittih3amlara da toxunaraq, keçmiş general Manvel Qriqoryanla bağlı deyilənlərin araşdırılmasını və faktların ortaya qoyulmasını tələb edəcəyini bildirib.
Müxalif deputat parlamentdə son vaxtlar müzakirə edilən siyasi etika məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, yeni spiker Ruben Rubinyanın deputatları daha korrekt davranmağa çağırmasının səmimiliyinə inanmaq olar.
"Məncə, Rubinyan səmimidir. Spiker kimi bunda maraqlıdır", – deyə Manukyan bildirib.
Lakin onun fikrincə, bu siyasətin həqiqi sınağı baş nazir Nikol Paşinyan parlamentə gələndə olacaq. Manukyan iddia edib ki, Paşinyan müxalifətin tənqidlərinə cavab verərkən özünü idarə edə bilməsə, hakim fraksiyanın korrektlik çağırışlarının real dəyəri də üzə çıxacaq.
Ən sərt ifadələri isə deputat Alen Simonyanın son açıqlamalarını şərh edərkən işlədib. Manukyan hesab edir ki, keçmiş spikerin müxalifətə qarşı kəskin hücumları Rubinyanın parlamentdə siyasi ritorikanı yumşaltmaq səylərinə faktiki zərbə vurur.
"Bu göstərir ki, o, Rubinyanın çağırışlarına tüpürmək istəyirdi. Düzdür, Simonyan bunu hərfi mənada da edə bilər, amma indi məcazi mənadan danışırıq – həmkarının "səmimi" səylərinə tüpürmək istəyirdi", – deyə Manukyan bildirib. Onun fikrincə, Simonyanın davranışı əslində müxalifətdən daha çox yeni spiker Ruben Rubinyanın mövqeyini zəiflədir.
Manukyan hakimiyyətin son sərt bəyanatlarını müxalifəti qorxutmaq cəhdi kimi qiymətləndirərək, müxalif deputatların hakimiyyətin mümkün təzyiqlərinə hazır olduqlarını da qeyd edib.

Siyasi       Tarix: 19 avqust 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxəbərlər cəbhədən son görüntülər krimnal xeber ən son xəbərlər bugün