Ermənistan parlamentindən NATO və KTMT AÇIQLAMASI
"Ermənistan NATO-ya qoşulmağı və KTMT-dən çıxmağı planlaşdırmır".
KONKRET.az xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinə Ermənistan parlamentindən bildirilib.
Hakim Vətəndaş Müqaviləsi partiyasının parlament fraksiyasından verilən məlumata görə, İrəvanın son illərdə təşkilatla çətin münasibətlərinə və ölkənin baş naziri Nikol Paşinyanın bəyanatlarına baxmayaraq, ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması da gündəmdə deyil.
Həmçinin, "Ermənistan" müxalifət fraksiyasının deputatı Geqam Manukyan "İzvestiya"ya müsahibəsində qeyd edib ki, ölkə uzun illərdir NATO ilə müxtəlif sahələrdə əməkdaşlıq edir, lakin bu, respublikanın Rusiya ilə müttəfiq və isti münasibətlərə malik olmasına, KTMT-nin üzvü olmasına mane olmur.
Onun sözlərinə görə, ölkənin Rusiya və Ermənistandan başqa, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanı birləşdirən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması məsələsi hazırda parlamentdə müzakirə mövzusu deyil. (Oxu.az)

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib