Ermənistan silahlanır, region qarışır: İrəvanın hədəfindəki ölkə
Ermənistan yenidən silahlanır. ABŞ, Fransa və Hindistandan göndərilən ağır texnikalar bu ölkəyə yerləşdirilib. Rəsmi İrəvanın silahlanması isə davam edir. Yeni silahların göndəriləcəyi, habelə ABŞ və Fransaya məxsus yeni hərbçilərin Ermənistana gələcəyi ehtimal edilir.
Bunlar savaş hazırlığıdır? Ermənistanın niyyəti, məqsədi nədir? ABŞ, Fransa, Hindistan niyə Ermənistanı silahlandırır?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Teymur Qasımlı deyib ki, Ermənistana istənilən ölkə bir ədəd də olsun silah verirsə, bu, Azərbaycanın milli maraqlarına ziddir:
"Son zamanlar xüsusilə Hindistan Ermənistanı silahlandırır. Lakin bununla belə deyə bilərəm ki, rəsmi İrəvana bu silahlar pulsuz verilmir. Yəni Ermənistan bu silahları pulla alır. ABŞ və Fransa ilə bağlı vəziyyət isə bir qədər fərqlidir.
Belə ki, bu iki dövlət hazırda Ermənistan ordusunu yeniləyib, daha güclü etmək istəyir. Bu istiqamətdə həm yeni silahlar verilir, həm də Ermənistan ordusuna təlim keçmək üçün bu ölkəyə hərbçilər göndərilir. Ermənistan Rusiyadan da silahlar alır, amma bu silahların bir çoxu yararsızdır. Ona görə də rəsmi İrəvan ordusunu təkmilləşdirir.
Hesab edirəm, Ermənistanın silahlanması və silahlandırılması prosesi milli maraqlarımıza ziddir və bu prosesi yaxından izləyib tədbir görməliyik. Bu gün Ermənistanın Pentaqonda nümayəndəsi var. Bu şəxs ABŞ vətəndaşı olsa da erməni əsillidir.
O ki qaldı yeni müharibəyə, hesab edirəm, hazırda belə bir risk yoxdur. Ümumiyyətlə, Azərbaycan ilə Ermənistan arasında diplomatik danışıqlar gedir. İki ölkəyə də müharibə sərf etmir. Bu silahlar Ermənistana Rusiya ilə mübarizə konteksində, habelə regionda Qərb varlığının qorunması məqsədi ilə verilir".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb