Ermənistan ŞOKDA: Karapetyan bütün var-dövlətini görün kimə bağışladı - FOTO
Erməni iş adamı Samvel Karapetyan dövlətə xidmət etmək və Ermənistan vətəndaşlarının həyatını yaxşı tərəfə dəyişmək niyyətində olduğunu bəyan edib. İrəvanın Azadlıq meydanında keçirilən izdihamlı mitinq iştirakçılarına video müraciət ünvanlayan "Güclü Ermənistan" partiyasının lideri, milyarder Samvel Karapetyan biznes fəaliyyətindən uzaqlaşaraq tamamilə siyasətə fokuslandığını bildirib.
KONKRET.az xəbər verir ki, Karapetyan müraciətində bu sözləri qeyd edib: "Mən tərəfimdən yaradılmış ən böyük erməni biznes şirkətinin idarəçiliyini övladlarıma təhvil verirəm. Özüm isə dövlətə xidmət edəcəyəm və Ermənistan vətəndaşlarının həyatını yaxşılığa doğru dəyişmək üçün çalışacağam. Dəyişiklik vaxtı gəlib çatıb, tezliklə mən sizinlə olacağam. Ədalət və güclü Ermənistan qalib gələcək".
Məşhur "Taşir" şirkətlər qrupunun təsisçisi və sahibi olan Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyası Milli Assambleyaya keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir. Ermənistanda parlament seçkiləri iyunun 7-nə təyin edilib. Artıq seçkilərdə iştirak edəcəyini rəsmən açıqlayan tərəflər arasında baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Mülki Müqavilə" partiyası, ikinci prezident Robert Köçəryanın "Ermənistan" bloku və Samvel Karapetyanın "Güclü Ermənistan" bloku yer alır.
Eyni zamanda, digər tanınmış iş adamı Qaqik Tsarukyanın "Ermənistan üçün təklif" təşəbbüsü çərçivəsində (format hələ dəqiqləşməyib) seçkilərə qatılacağı gözlənilir. Keçmiş ombudsman Arman Tatoyanın "Birlik qanadları" təşəbbüsü və birinci prezident Levon Ter-Petrosyanın Ermənistan Milli Konqresi də mübarizəyə qoşulacağını bəyan edib. Milli Konqresin namizədi kimi Levon Zurabyan irəli sürülüb. İrəvanın keçmiş merı Hayk Marutyanın rəhbərlik etdiyi "Yeni Qüvvə" partiyası isə baş nazir postuna məhz Marutyanın namizədliyini irəli sürüb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK