Ermənistan sülh müqaviləsinə necə məcbur edilməlidir? – Nahid Canbaxışlı yazır

Ermənistan sülh müqaviləsinə necə məcbur edilməlidir? – Nahid Canbaxışlı yazır2020-ci il 44 günlük Vətən Müharibəsinin ardından Ermənistanın kaputuliyasiya aktını imzalaması və üçtərəfli (Azərbaycan – Rusiya – Ermənistan) sazişilə rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaqda davam edir.
2023-cü il anti-terror əməliyatlarının ardınca, Ermənistan rəhbərliyinin Azərbaycanın sülh çağrışlarına yanaşması bir qədər dəyişsə də, Nikol Paşinyan iqtidarı Fransanın diqtəsi ilə yenə də bölgədə sülhdən qaçdı.
Ermənistanı sülh sazişini imzalamağa necə məcbur etməliyik?
Bir sıra xarici və yerli analtiklər hesab edirlər ki, rəsmi Bakı İrəvan  üzərində təyziqlərin artırılmalı. Həmçinin  Azərbaycan beynəlxalq təşkilatları prosesə cəlbinə nail olmalıdır.
Bəzi siyasi təhlilçilər isə hesab edirlər ki, Azərbaycan-Ermənistan arasında birbaşa danışıqların davam etdirməklə bərabər, lazım gələrsə üçüncü tərəflərin vasitəçiliyini də gündəmə gətirə bilər.
Misal üçün: Avropa İttifaqı və ya Türkiyənin proseslərdə iştirakına müəyyən qədər imkanlar yarana bilər.
Qeyd edək ki, hazırda Ermənistanla birbaşa əmkdaşlıq mövcuddur və bu əsasən sərhədlərin müəyyənləşməsi də dəqiqləşdirilməsi istiqamətindədir. Hərbi analtiklər isə, Ermənistanın sülüh müqaviləsinin imzalanmasına məcbur edilməsi istiqamətində atılmalı addımlardan biri kimi, ordunun gücləndirilməsinin, Azərbaycan ordusunun hərbi-texniki potensialının daim inkişaf etdirilməsinin, Ermənistanın təxribatlarının qarşısını almaq üçün güclü müdafiə və hücum imkanları saxlanılmasının vacib olduğunu qeyd edirlər.
image-veteninfo-az-zengezur
Təhlilçilər hesab edirlər ki, sərhəd təhlükəsizliyi çox mühümdür. Azərbaycan Ermənistanın edə biləcəyi bütün təxribatlarının qarşısını almaq üçün sərhədində təhlükəsizlik tədbirlərini gücləndirməli, Ermənistanın mümkün təxribatlarının qarşısını almalıdır.
ABŞ və avropalı siyasilər hesab edir ki, kommunikasiyaların açılması ilə Azərbaycan Ermənistanı Zəngəzur dəhlizinin açılmasına məcbur edə bilər. Bu, həm Ermənistan üçün iqtisadi fayda gətirə bilər, həm də regional inteqrasiyanı sürətləndirə bilər. İqtisadçı ekspertlər hesab edirlər ki, Ermənistanın Azərbaycanın iqtisadi resurslarına ehtiyacı var və Cənubi Qafqazın əsas lideri olan Azərbaycanla iqtisadi əməkdaşlıq Ermənistan üçün hava-su qədər vacibdir.
Qərb iqtisadi təhlilçilərinə görə, Ermənistan Rusiyanın iqtisadi təyziqlərindən qurtulmaq, müstəqil siyasət yürütmək istəyirsə, regional iqtisadi əməkdaşlıq istiqamətində Azərbaycan və Türkiyə ilə gecikmədən addımlar atmalıdır.
Bəs Ermənistan sülh sazişinin imzalanması üçün rəsmi Bakının irəli sürdüyü şərtlərə əməl etməyib, özünün avanturist və müharibə ritorikası ilə zəngin siyasətə baş vurmağa cəhd edəcəyi təqdirdə nə kimi addımlar atılmalıdır???
İlk olaraq rəsmi Bakının Ermənistana qarşı sanksiya və hüquqi təyziqlər mexanizimindən də yararlanma imkanlarının mövcud olduğu sirr deyil. Ekspertlər hesab edirlər ki, insan hüquqları və Qarabağdakı reallıqlar fonunda, Azərbaycan humanitar və hüquqi müstəvidə Ermənistanın manipulyasiyalarını onsuz da ifşa etməklə bərabər, eyni zamanda bölgədəki real vəziyyət haqqında beynəlxalq ictimaiyyəti kifayət qədər məlumatlandırıb. Ermənistanın anlaması vacibdir ki, sülh müqaviləsi imzalanmasa, o, həm siyasi, həm də iqtisadi cəhətdən təcrid olunacaq və inkişaf edə bilməyəcək.
Bütün bu addımlar sistemli şəkildə həyata keçirilməlidir ki, Ermənistan məcburən sülh müqaviləsini imzalamağa razılaşsın. / azxeber.com

Siyasi       Tarix: 14 fevral 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal bugun bu gunun xeberleri maşın realiti şou az xeber