Ermənistan sülhə deyil, revanşizmə üstünlük verdi – Qərbi Azərbaycan Respublikası gündəmə gətirilməlidir

Ermənistan sülhə deyil, revanşizmə üstünlük verdi – Qərbi Azərbaycan Respublikası gündəmə gətirilməlidirErmənistan rəhbərliyi növbəti dəfə vədinə xilaf çıxıb. Riyakarcasına Azərbaycanla sülh prosesinə zərbə vuran addıma rəvac verib. Erməni mediasında yer alan xəbərlərə görə, Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyan qondarma qurumu buraxdığı barədə əvvəlki qərarını ləğv edib. Şübhəsiz ki, Şahramanyan bu qərarı özbaşına, müstəqil qəbul edə bilməzdi və bunun arxasında baş nazir Nikol Paşinyan hakimiyyəti və havadarları dayanır. Bu bir daha göstərir ki, hakimiyyət xalqının rifahını, regionda sülh deyil, revanşizmə üstünlük verir.
Bu qərarı qəbul etməklə, Nikol Paşinyan hakimiyyəti eyni zamanda revanşistlərin əlində oyuncaq olduğunu sübut etmiş oub. Ermənistan hakimiyyətini beynəlxalq ictimaiyyətin də gözündə oyuncaq bir dövlət olduğunu təsdiqləyib. Baş verənləri araşdırmağa çalışaq.
Birincisi, dünya gördü ki, bu ölkəyə heç bir vaxt etibar etmək olmaz. Aydın oldu ki, iki ölkə arasında sülh prosesinə gedən yolda əngəl olan tərəf Azərbaycan deyil, məhz Ermənistandır.
İkincisi, Ermənistan hakimiyyəti bu addımla bir daha sübut etdi ki, xalqına sülh, əmin-amanlıqda deyil, əbədi müharibədə görmək istəyir.
Üçüncüsü, Nikol Paşinyanın "ən ağıllı erməni", "xalqını bataqlıqdan çıxaran lider" olması haqqında deyilənlər əsassızdır. Bu şəxs müstəqil qərar qəbul etmək iqtidarında belə deyil. Yenə xarici havadarlarının tapşırığına uyğun hərəkət edib. "Qarabağ Azərbaycana məxsusdur, heç vaxt Ermənistanın olmayıb" kimi fikirləri ilə yadda qalan bu şəxsin indi əks fəaliyyətə başlaması onun qeyri-müəyyən bir şəxs, hətta psixi problemi olduğunu bir daha göstərmiş olub.
Dördüncüsü, keçmiş qondarma qurumun yenidən gündəmə gətirilməsinin arxasında Qərb ölkələri, xüsusən də Fransanın durması şəksizdir. Məhz bu ölkə Ermənstanda revanşist qüvvələrin başında dayanır, onların maliyyələməsinə qədər bütün proseslərə dəstək verir. İrəvanın sürətlə silahlanması, onu ən müasir silahlarla təchiz etməsi də bundan xəbər verir.
Beşincisi, Ermənistan və havadarlarının bu çirkin, riyakar və məkrli planına qarşı hansı addımlar, cavab reaksiyası olmalıdır. Rəsmi Bakı hansı cavab addımları atmalıdır? İlk növbədə Qərbi Azərbaycan Respublikasının yaradılması prosesinə başlanmalıdır. Azərbaycan heç bir vaxt kiməsə qarşı ərazi iddiası ilə çıxş etməyib. Lakin ona qarşı belə bir iddia ilə çıxış edilirsə və ərazi tələbi ilə çıxış edilirsə, cavab addımları atılmalıdır. Məhz Ermənistan son addımı ilə Azərbaycanı bu prosesi sürətləndirməyə vadar etdi.
Verdiyi sözə əməl etməyən, sülh prosesinə güc verməkdənsə, havadarlaırnın sözü ilə oturub duran etibarsız dövlət statusunu möhkəmləndirmiş oldu. Forpost, müstəqil qərar qəbul etmək iqtidarında olmadığını bütün dünyaya nümayiş etdirdi. Qərbi Azərbaycan dövlətinin yaradılması da buna veriləcək ən tutarlı addm ola bilər. Bunun üçün də zəmin var. 30 il bundan öncə ğz torpaqlaırndan qovulan insanların Qərbi Azərbaycana qayıtmaq hissinin pik həddə olması, bu prosesi əsaslandıran tarixi əsas və güclü Azərbaycan Ordusu var. Revanşizmə rəvac verən qüvvələrin başı əzilməlidir və belə də olacaq.
Beləliklə, Ermənistan və havadarları bununla növbəti məkrli, xalqını fəlakətə sürükləyən nörbəti fitnəkar prosesə start vermiş oldu. Lakin anlamalıdırlar ki, keçmiş separatçı rejimi dirçəltməyə çalışılıması heç bir fayda verməyəcək. Artıq Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib, işğaldan azad olunan torpaqlarında sürətlə quruculuq, bərpa prosesinə start verib. Növbəti müharibə, hərbi əmliyyatların başlanması onun bir dövlət kimi yer üzündən silinməsinə gətirib çıxara bilər. Sonda diqqəti qondarma qurumun ləğvi prosesindən sonra erməni cəmiyyətində yaşanan proseslərə yetirmək istərdik. Erməni xalqı bu bir neçə ay ərzində Qarabağda yaşanan proseslərə biganə qaldı, bir dəfə də olsun aksiyası keçirmədi. Bu da bir daha göstərdi ki, xalq bir daha övladlarını başqasına məxsus torpaqlarda mənasız yerə məhv edilməsini istəmir. Ümid etmək olar ki, erməni xalqı mövqeyində qalacaq, başıboş, faşist təfəkkürlü rəhbərlərinin və onun havadarlarının planlarına qarşı çıxacaq. Hər halda bu onun yeganə çıxış yoludur. / azxeber.com

Siyasi       Tarix: 23 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az sou biznes xeberler bu gun cəbhədən xəbər