Ermənistan Suqovuşana birbaşa axan çayların qarşısını kəsib Sərsəngə ötürür: Sülhməramlılar nəyə xidmət edir?

Ermənistan Suqovuşana birbaşa axan çayların qarşısını kəsib Sərsəngə ötürür: Sülhməramlılar nəyə xidmət edir?Ermənistan Suqovuşana birbaşa axan çayların qarşısını kəsib Sərsəngə ötürür: Sülhməramlılar nəyə xidmət edir?
Ermənistan Sərsəng su anbarının qarşısını kəsərək Azərbaycanda su qıtlığı yaratmaq cəhdlərini uzun müddətdir ki, davam etdirir. Sosial şəbəkələrdə ekofəallar tərəfindən irəli sürülən belə bir iddia var ki, Ermənistan həm də Suqovuşana birbaşa axan çayların qarşısını kəsib onları Sərsəngə yönəldir. Belə ki, Ermənistan Sərsəng su anbarından sonra Suqovuşan su anbarına axan Tərtər çayının sağ qolu Torağayçayın yuxarı axarındakı bolsulu qolların üzərində üç sutoplayıcı qurğu quraşdırıb. Həmin qurğular hesabına çayların suyu Sərsəng su anbarına yönəldilir və Suqovuşan su anbarının sutoplama qabiliyyəti məhdudlaşdırılır. 
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, ərazilər işğaldan azad olunandan sonra Sərsəng su anbarının bir hissəsi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi əraziyə düşüb:
Ermənistan Suqovuşana birbaşa axan çayların qarşısını kəsib Sərsəngə ötürür: Sülhməramlılar nəyə xidmət edir?"Onun qərb - Kəlbəcər hissəsi bizim, keçmiş Ağdərə rayonu ərazisində olan hissəsi isə sülhməramlıların nəzarətindədir. Orada bununla bağlı hökumət səviyyəsində komissiya yaradılıb. Həmin komissiyanın tərkibində "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi və bir neçə başqa qurum yer alır. Yadımdadır ki, iki ay bundan əvvəl komissiyanın nümayəndə heyəti iki həftədən bir orada monitorinq keçirirdi. Rusiya sülhməramlıları ilə bir yerdə isə anbarın özünün monitorinqini apardılar, anbarın ətrafında hansı çaylarda vəziyyətin necə olduğunu yoxladılar".
Müsahibimiz diqqətə çatdırıb ki, Tərtərçayın yuxarı axımı - Kəlbəcərdən gələn hissə tamamilə Azərbaycanın nəzarətdədir:
"Torağayçayla bağlı isə araşdırma aparılır. Bununla bağlı, yəqin ki, hökumət səviyyəsində münasibət bildiriləcək. Ekoloji konvensiyanın Ermənistan tərəfindən pozulmasına gəldikdə isə onu deyə bilərəm ki, onsuz da Ermənistan heç vaxt konvensiya şərtlərinə əməl etmir. Oxçuçayla bağlı vəziyyət göz qabağında - transsərhəd çaydır, nə gəldi, təmizləmədən buraxırlar, ağır metallarla normadan artıq çirkləndirirlər. Ermənilər o torpaqlarda istədiklərini edirdilər: məsələn, qış mövsümündə suya o qədər də ehtiyac olmayanda suyu normadan artıq buraxırdılar. Yay mövsümündə isə qarşısını kəsirdilər, nəticədə həmin ərazilərdə suvarma üçün su tapılmırdı.
Komissiyanın təhlillərindən sonra gələcəkdə bununla bağlı tədbirlər görüləcək. Necə ki hazırda təbii sərvətlərimizin, Qızılbulaq və Dəmirlidə qızıl və mis yataqlarının istismarına qarşı aksiya keçiririk, lazım gəlsə, bu məsələ ilə bağlı da Azərbaycanın vətəndaş cəmiyyəti öz səsini yüksəldib etirazını bildirəcək. Hökumətdən bu məsələ ilə bağlı addım atmasını tələb edə bilərik. Həmçinin Rusiya sülhməramlılarından da bizim su ehtiyatlarının idarəolunması ilə bağlı monitorinq keçirməyimizə, lazımi tədbirlər görməyimizə şərait yaratmalarını istəyə bilərik".
"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndəsi Adil Qafarlı qeyd edib ki, hazırda müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazidə erməni terrorçular Tərtər çayının sağ qolu olan Torağayçayın başlanğıc hissəsində çay axınının bir hissəsini derivasiya boruları vasitəsilə Sərsəng su anbarına tərəf yönəldiblər:
Ermənistan Suqovuşana birbaşa axan çayların qarşısını kəsib Sərsəngə ötürür: Sülhməramlılar nəyə xidmət edir?"Erməni işğalçılar Kəlbəcər rayonunda sülhməramlıların müvəqqəti nəzarəti altında olan Torağay çayına qoşulan derivasiya boru xətləri üzərində inşa olunmuş ümumi gücü 14.7 MVt olan dörd ədəd kiçik su elektrik stansiyası (KSES) vasitəsilə ildə 49,2 milyon kilovat-saat elektrik enerjisinin istehsal edilməsini davam etdirirlər. Torağayçayın orta illik su sərfi 3,34 kubmetr/saniyə, illik həcmi isə 105 milyon kubmetrdir. Təqribi hesablamalara görə, Torağayçayın illik 105 milyon kubmetr su həcminin 32,0÷37 milyon kubmetri SES-lərdə enerji istehsalı üçün istifadə olunduqdan sonra Sərsəng su anbarına yönəldilir. Bu halda Sərsəng su anbarında il ərzində toplanan təxminən 35 milyon kubmetr su həcmi vasitəsilə Sərsəng SES-də il ərzində əlavə 8,84 milyon kilovat-saat elektrik enerjisi istehsal olunur. Bu isə hər il respublikamızın suvarılan ərazilərinin 7000÷8000 hektar ərazisinin susuz qalması deməkdir".
Adil Qafarlı onu da əlavə edib ki, Torağayçayın ermənilərin hələlik texniki cəhətdən istifadə edə bilmədikləri təqribən 65 milyon kubmetr həcmində su axını Sərsəng su anbarından yan keçməklə Tərtər çayı vasitəsilə birbaşa Suqovuşan hidroqovşağına nəql olunur:
"Bu ərazi də müvəqqəti olaraq sülhməramlı qüvvələrin nəzarəti altındadır. Torağayçayın bu hissəsində elektrik enerjisi istehsalı üçün hər hansı bir SES və yaxud KSES-in çayboyu ərazidə mövcud olması haqda məlumat son kosmik çəkilişlərdə də öz təsdiqini tapmayıb. Bu ərazidə Torağayçayın məcrası mürəkkəb relyefli, yol və cığır olmayan meşəlik sahəsindən keçir. Adətən, KSES-lərin tikintisi çayın avtomobil yollarına yaxın olan hissələrində, lazımi tikinti materialları və çoxtonnajlı avadanlıqların, derivasiya üçün iriçaplı polad boruların daşınması mümkün olan ərazilərdə həyata keçirilir. Buna baxmayaraq, qeyd olunan ərazidə KSES-lərin erməni işğalçılar tərəfindən quraşdırılma ehtimalı nəzəri cəhətdən araşdırılıb. Torağayçayda bu ərazidə relyefə görə elektrik enerjisi istehsalı üçün lazım olan səviyyələr fərqi təqribən 960 metrdir, mart-sentyabr aylarında çayda su sərfi isə 0,76÷2,06 kubmetr/saniyə arasında dəyişir.
Ermənistan Suqovuşana birbaşa axan çayların qarşısını kəsib Sərsəngə ötürür: Sülhməramlılar nəyə xidmət edir?İlkin hesablamalara görə, Torağayçayın məcrası boyu çəkildiyi təqdirdə derivasiya polad boruda yaranmış təzyiq vasitəsilə hər birinin maksimum gücü 5 MVt olan üç ədəd KSES vasitəsilə ildə G=45,32 milyon kilovat-saat enerji almaq olar. Su qıtlığı ucbatından ilboyu tam gücü ilə işləməyəcək KSES-lərin tikintisi məqsədilə ilk növbədə çoxtonnajlı yük nəqliyyat vasitələrinin hərəkəti üçün ərazidə mürəkkəb relyefli yamaclıqla, meşəliyin içi ilə keçən ən azı 30 kilometrlik yolun tikintisi, böyük sərmayə tələb edən, fiziki cəhətdən çətin, maliyyə cəhətdən səmərəli olmayan bir ideyanın sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan ərazidə ermənilər tərəfindən həyata keçirilməsi inandırıcı deyil".
Məsələyə münasibət bildirən ekoloq Fikrət Cəfərov da söyləyib ki, Sərsəng su anbarı vasitəsilə Azərbaycana qarşı ekoloji terror törədirlər:
"Bəzi adamlar təklif edirdilər ki, Suqovuşanın suyunu birbaşa Tərtərə buraxaq və Azərbaycanın aran rayonlarını su bassın. Onların siyasəti aydındır. Çalışırlar ki, Azərbaycana hansısa ziyan vursunlar. Bu gün Qarabağda dinc aksiya keçirilir və ekofəallar Azərbaycanın qızıl və mis-molibden yataqlarının istismar edilməsinin qarşısını alınmasını istəyirlər.
Amma su probleminə də diqqət çəkməliyik. Su hazırda qızıl, neft və qazdan da dəfələrlə bahadır. Qarabağda olan su mənbələri Azərbaycanın sərvətidir. Həmin anbarlarda toplanan suyun 90 faizi Azərbaycanın hesabınadır.  Deməli, bu sular Azərbaycan sularıdır. Dünyada şirin su problemi ön plandadır. İqlim dəyişikliyi, temperaturun yüksəlməsi və sair birbaşa tələb edir ki, sudan səmərəli istifadə olunsun. Nə qədər səmərəli istifadə etsək, bir o qədər qabağa gedə bilərik".
Ekspert vurğulayıb ki, Qarabağın inkişafı bu gün daha çox sudan asılıdır:
Ermənistan Suqovuşana birbaşa axan çayların qarşısını kəsib Sərsəngə ötürür: Sülhməramlılar nəyə xidmət edir?"Qarabağ həmişə kənd təsərrüfatının inkişafında mühüm rol oynayıb. Ona görə də dövlətin, Prezidentin planında da Qarabağın kənd təsərrüfatının keyfiyyətini qaldırmaq nəzərdə tutulub. Su az olsa və biz o əraziləri suyla təmin edə bilməsək, o planların hamısı puç olacaq.
Fikirləşirəm ki, bu məsələni birbaşa dünya ictimaiyyətinin qarşısında qaldırmaq lazımdır.  Göstərməliyik ki, təkcə qızıl sərvətimizi yox, həm də su sərvətimizi onlar istismar edib, bizə qarşı ekoloji terror törədirlər. Bunun qarşısını dünya ictimaiyyətinə, təşkilatlara, böyük dövlətlərə müraciət etməklə kəsmək olar. Bəli, Qarabağ Azərbaycandır. Lakin hələlik Qarabağın bir hissəsindən erməni terrorçular çıxmayıblar və onlara kömək göstərənlər də var. Dövlət, ictimaiyyət birbaşa çalışmalıdır ki, bu məsələlər həllini tapsın. Qarabağ tam şəkildə azad olunsun".
Sayad Həsənli

Maraqlı     Baxılıb: 327   Tarix: 23 dekabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberler bu gun cəbhədən canlı dunya xeberleri en sonxeber