Ermənistan və ABŞ TRIPP sazişini imzalayıb
Ermənistan və ABŞ TRIPP layihəsi üzrə çərçivə sazişini imzalayıb.
"Armenpress" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyi sənədin ilkin olaraq mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfəri zamanı paraflandığını xatırladıb.
Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı videogörüntüdə xarici işlər naziri Ararat Mirzoyanın sənədi imzaladığı əks olunub.
Mirzoyanın sözlərinə görə, bir neçə gün əvvəl o və ABŞ dövlət katibi Marko Rubio tərəfindən ilkin olaraq paraflanan sənəd daha sonra ABŞ tərəfindən imzalanaraq Ermənistana göndərilib: "Dövlət katibi Rubio sazişi imzaladı, sənəd Ermənistana göndərildi və indi mən Ermənistan tərəfi adından imzamı atdım".
Mirzoyan qeyd edib ki, bununla sənədin distant imzalanması prosesi başa çatıb: "Beləliklə, distant imzalanma prosesi tamamlandı və saziş ratifikasiya üçün hazırdır". / azxeber.com

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK