Ermənistan və Pakistan diplomatik münasibətlər qurdu
Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin yaradılması barədə birgə kommunike imzalanıb.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Pakistanın baş nazirin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dər imzalayıb. Mərasim Çin Xalq Respublikasının Tianjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub.
Kommunikenin imzalanması ilə iki ölkə diplomatik əlaqələrin qurulduğunu rəsmən elan edib. Tərəflər BMT Nizamnaməsinə uyğun olaraq qarşılıqlı hörmət, ərazi bütövlüyü, daxili işlərə qarışmamaq və sülh şəraitində əməkdaşlıq prinsiplərinə sadiq qalacaqlarını bildiriblər.
Hökumətlər həmçinin diplomatların mübadiləsi və qarşılıqlı əsasda bütün lazımi yardımın göstərilməsi barədə razılığa gəliblər.
Ermənistan XİN-in məlumatına görə, imzalama mərasimi öncəsi iki nazir ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Mirzoyan Cənubi Qafqazda sülh prosesinə dair Ermənistanın atdığı addımları diqqətə çatdıraraq Bakı ilə sülhün əldə olunduğunu vurğulayıb. Pakistan XİN rəhbəri isə Ermənistanı bu münasibətlə təbrik edib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO