Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb

Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb"Ermənistanda parlament seçkiləri öncəsi tərəflər arasında sərt ritorika artıq ən pik həddə çatıb. Bu, onu deməyə əsas verir ki, seçki günü və sonra ölkədə vəziyyət çox gərgin olacaq. Hətta mövcud durum toqquşmalara da gətirib çıxara bilər".
KONKRET.azxəbər verir ki, bunu "Yeni Sabah"a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru (CQTM) Fərhad Məmmədov deyib.
O bildirib ki, Avropa İttifaqı və Rusiya Ermənistandakı seçkilərə aşkar müdaxiləsi var:
"Brüssel və Moskva rəsmiləri Ermənistanda seçki prosesinə birbaşa müdaxilə edirlər. Rusiya həm informasiya cəbhəsində, həm dövlət səviyyəsində, həm də iqtisadi sahədə Nikol Paşinyan hökumətinə qarşı addımlar atır və bu birbaşa olaraq Ermənistandakı seçkilərə təsir etmək məqsədi daşıyır".
Politoloqun fikrincə, Kreml hazırda müəyyən iqtisadi sanksiyalarla İrəvana təzyiq göstərməyə çalışır:
"Dünən erməni mənşəli yaxud tranzit yolu ilə daşınan güllərin Ermənistandan Rusiyaya ixracına müvəqqəti qadağa qoyulub. Bundan öncə isə Ermənistana Rusiyadan idxal olunan bəzi mallara qadağa tətbiq edilmişdi. Bu addım öz növbəsində seçiciləri qorxutmaq kimi qiymətləndirilə bilər".
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə vurğulayıb ki, Ermənistanda seçkiləri uduzmaq, uduzan tərəf üçün baha başa gələcək:
"Bu gün Azərbaycan və Ermənistan arasında normallaşma prosesi davam edir. Məhz bu konteksdə Ermənistanda baş tutacaq seçkilərin nəticələri bizim üçün də çox maraqlıdır. Nikol Paşinyan və Robert Koçaryan başa düşürlər ki, onlardan birinin hakimiyyətə gəlməsi digərinin linç edilməsi və həbsə atılması ilə nəticələnəcək. Ona görə də, bir-birlərinə qarşı tam sərt ritorikadan istifadə etməkdən çəkinmirlər. Onların arasında təkcə siyasi yox, həm də şəxsi konteksdə düşmən münasibətlər var".
Siyasi şərhçi deyib ki, hazırda ermənilər seçim qarşısındadır:
"7 iyun seçkilərində Ermənistan əhalisi öz gələcəyinə səs verəcək. Əgər onlar Robert Koçaryanı dəstəkləsələr, bu köhnə ideologiyaya, Azərbaycanla müharibəyə, Qarabağa iddiaya verilmiş səs olacaq. Yox əgər ermənilər Nikol Paşinyanın tərəfində olsalar, bu sülhə, davam edən proseslərin lehinə və yeni konstitusiyaya səs vermək deməkdir. Amma onlar çox yaxşı bilməlidir ki, 7 iyun seçkiləri təkcə özlərinin dövlətçiliyi sarıdan yox, həm də coğrafi sərhədlərinin məlum olması baxımından çox önəmlidir".
Qeyd edək ki, iyunun 7-də Ermənistan parlament seçkiləri keçiriləcək. Hazırda seçki kampaniyası gedir və kəskin ritorika var. Bu, əsasən Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" Partiyası ilə keçmiş prezident Robert Koçaryan ("Ermənistan" bloku) arasında yaşanır. Müxalif bloklar Paşinyanı ölkəni kapitulyasiyaya uğratmaqda və milli xəyanətdə ittiham edərkən, Paşinyan tərəfi onları keçmiş korrupsioner rejim adlandıraraq xalqı qorxu altında saxlamaqda günahlandırır. Rusiya isə rəsmi İrəvanın Qərbə meyllənməsinin qarşısını almaq üçün Paşinyan hökumətinə qarşı media təbliğatı və iqtisadi təzyiqlərdən istifadə edir, seçkilərdə isə Kremlin maraqlarına daha yaxın olan Koçaryan və Sarkisyan qanadına açıq siyasi dəstək nümayiş etdirir.

Siyasi       Tarix: 24 may 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün krimnal bugun cəbhədən ən son xəbər bugunun xeberleri