Ermənistan XİN: İrəvan Bakı ilə həm sərhəddə, həm də üçüncü ölkədə saziş imzalamağa hazırdır
Ermənistan Azərbaycanla həm sərhəddə, həm də üçüncü ölkələrdən hansısa birində sülh sazişi imzalamaq imkanlarını mümkün hesab edir.
Bu barədə Türkiyənin NTV telekanalına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Hesab edirik ki, indi sazişin imzalanma yerini, vaxtını və dəqiq tarixini müəyyən etmək üçün dərhal məsləhətləşmələrə başlaya bilərik. Bu, Ermənistan-Azərbaycan sərhədi də ola bilər, həm Yerevan, həm də Bakı üçün məqbul olan istənilən üçüncü ölkə də. Bütün bunlar müzakirə mövzusuna çevrilə bilər", - o deyib.
Daha əvvəl Mirzoyan Antalya Diplomatiya Forumu çərçivəsində ikitərəfli münasibətlərin inkişafı kontekstində əsas məqsədin sülh sazişinin imzalanması üçün yer və gün tapmaq oldiğunu bildirmişdi.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi martın 13-də Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığı qeyd olunub.
Eyni zamanda, Azərbaycan dəfələrlə bəyan edib ki, sülh sazişinin imzalanması üçün Ermənistan iki şərti yerinə yetirməlidir: Ermənistan Konstitusiyasındakı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları aradan qaldırmalı, eləcə də ATƏT-in Minsk qrupunun və aidiyyəti strukturlarının buraxılmasını dəstəkləməlidir.
///Report
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir