Ermənistan yekun sülhə də 'Dəmir yumruq' ilə məcbur edilməlidir' - Deputat

Ermənistan yekun sülhə də 'Dəmir yumruq' ilə məcbur edilməlidir' - Deputat"Dünən axşam saatlarında, sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin növbəti terror aktı nəticəsində hərbi qulluqçumuzun həlak olması hamımızı üzdü. Allahdan şəhidimizə rəhmət, ailəsinə isə baş sağlığı diləyirik".  
Azxeber.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, "dəmir yumruq" yerindədir və Ermənistan hər an sülhə məcbur edə bilər:
"Törədilən terror aktı göstərir ki, İrəvan məcburiyyətdən başqa yol tanımır. Yəni görünür ki, Ermənistan kapitulyasiya aktı imzalayaraq münaqişəyə son qoymağa vadar edildiyi kimi, yekun sülhə də "Dəmir yumruq" ilə məcbur edilməlidir. Bölgədə sülh və əməkdaşlıq naminə təşəbbüslərin gündəmə gəldiyi bir vaxta terror törədənə başqa münasibət sərgilənə bilməz. Ona görə də ya həmin dəstələr könüllü təslim olmalı, ya da  antiterror əməliyyatının keçirilməsi, xalqların birgəyaşayış perspektivini, bölgədə sülh və sabitliyi təhdid edən bu qanunsuz silahlı dəstələrin yerindəcə məhv edilməsi, yaxud, bir an öncə tərkisilah edərək hər bir terrorçunun Azərbaycan qanunvericiliyinin uyğun olaraq məsuliyyətə cəlb edilməsi zəruridir". 
Deputat deyib ki, bölgədə sülh və əməkdaşlıqdan başqa bir seçim yoxdur:
Dünən Müdafiə nazirliyinin özünün yaydığı məlumatda da qeyd edilirdi ki, bu terrorçuları Ermənistan dəstəkləyir. Ona görə də bu dəstəyin də önünü almaq üçün yekun sülh müqaviləsinə qədər heç bir Ermənistan vətəndaşı Xankəndi başda olmaqla, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmamalıdır. Ermənistan əgər dalandan qurtulmaq, Azərbaycanın tanıdığı şansdan yararlanmaq istəyirsə bu proseslərdə özü maraqlı olmalı, ortaya iradə qoymalıdır. Bölgədə sülh və əməkdaşlıqdan başqa bir seçim yoxdur və olmayacaq da. 
Nə Ermənistan nə havadarları unutmamalıdır ki, onları cəmi 44 günə həm cəbhədə, həm diplomatik mücadilədə yerlə yeksan edən  həmin müzəffər Ali Baş komandan, həmin Dəmir yumruq və əvvəlkindən daha güclü, əvvəlkindən daha hazırlıqlı və təcrübəli həmin ordu yerindədir, xalq isə həmişəkindən daha artıq formada öz Ali baş Komandanının arxasındadır

Siyasi       Tarix: 16 oktyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza


son xeberler yeni xeberler azerbaycan xeberleri futbol xeberleri cəbhədən son məlumat kriminal