Ermənistanda prezident də 'gəmini' tərk etdi: "Paşinyan onu belə aldatmışdı" - TƏHLİL

Xəbər verdiyimiz kimi, Ermənistan Prezidenti ArmenSarkisyan istefa verib.
Bu barədə Armen Sarkisyan özü bildirib. Ermənistan Prezidenti qeyd edib ki, onunistefasına səbəb ölkənin daxili və xarici siyasətinə təsir rıçaqlarınınolmaması ilə əlaqədardır. Prezident istefasına bir neçə mühüm faktorun səbəb olduğunu açıqlayıb. 
Həmçinin oxu
Artur Vanesyan:"Ermənistan Prezidentinin istefası heçbir problemi həll etmir"
"Prezident ölkədən kənarda istefa verib" -Ermənistanqarışır
Ermənistan prezidentinin səlahiyyətlərini kim icra edəcək?
Bəs, Armen Sarkisyanın istefasının əsl səbəbləri nələrdir?
Azxeber.com xəbər verir ki, siyasi analitik Asif Nərimanlı bu barədə fikirlərini bildirib. O, qeyd edib ki, Ermənistan Armen Sarkisyan -Nikol Paşinyan mübarizəsində ikinci qalib gəlib:
Ermənistanda prezident də 'gəmini' tərk etdi: "44 günlük müharibədən sonra Armen Sarkisyan xüsusilə aktivləşmişdivə Paşinyan üçün qərarların qəbul edilməsində problemlər yaradırdı. Qasparyanqiyamı zamanı bu, açıq müstəvidə özünü göstərirdi.
Paşinyan Armeni "yola gətirmək" üçün prezident səlahiyyətlərininartırılmasını təklif etmişdi. Proseslərin inkişafı göstərdi ki, qapalı görüşdətərəflər razılaşdılar, amma Nikol böhranı həll etdikdən, xüsusilə də parlamentseçkilərində qalib gəldikdən və gücləndikdən sonra "vədinə əməl" etmədi. Paşinyankonstitusiya islahatlarına hazırlaşır və yeni dəyişikliklərdə prezident səlahiyyətlərininartırılması da nəzərdə tutulur. Lakin o, bunu Armen Sarkisyan üçün yox, öz gələcəyinəhesablayıb. Nikolun hakimiyyətini "geniş səlahiyyətə malik prezident" davametdirmək planı var. Armen Sarkisyanın səlahiyyət müddətinin (2025-ci il) başa çatmasınaqədər gözləmək zaman alacaqdı və görünür, Paşinyan prezidenti istefaya məcburedib.
Bu fikri Sarkisyanın müraciətindəki bir qeyd xüsusilə gücləndirir.Armen bildirir ki, "reallıq budur ki, dövlət başçısı, bəzən ailəsi müxtəlifsiyasi qrupların hədəfində olur". İstisna deyil ki, Armenə istefası üçün ailəsiüzərindən də təzyiq edilib. A.Sarkisyan istefa müraciətində bildirir ki,prezident səlahiyyətləri faktiki nə daxili, nə də xarici məsələlərdə həllediciqərar verməyə imkan vermir. Armen bununla müharibədəki məğlubiyyətə və hakimiyyətinsiyasətinə görə məsuliyyət daşımadığını da deməyə, gedərkən "təmizə çıxmağa" çalışır",deyə Asif Nərimanlı bildirib".
Siyasi şərhçi qeyd edib ki, "Niyə indi istefaya getdi"sualının iki tərəfi var: "Birincisi tərəfi Armenin son dövrlər atdığı addımlarvə Paşinyanın bundan narahat olmasıdır. Sarkisyan xarici səfələrini intensivləşdirmişdi,xüsusilə ərəb ölkələri ilə münasibətlərin qurulmasında, ölkəyə investisiya cəlbedilməsində müəyyən nəticələr əldə edirdi. Paşinyan prezidenti indi göndərəbilməsəydi, sonra daha çətin ola bilərdi. Armenin prezident postunda qalmasıhakimiyyətin konstitusiya islahatlarını sürətləndirmək istəyi ilə paradoks təşkiledirdi. İkinci tərəfi Armen Sarkisyanın hakimiyyətin yeni qərarlarının məsuliyyətinibölüşmək istəməməsidir. O, müraciətində "radikal siyasi dəyişikliklərə", gözlənilən"problemlərə" işarə vurur. Mümkündür ki, bununla Paşinyan hakimiyyətinin atacağıaddımlara "ortaq olmaq" istəmədiyinin mesajını verir: Ermənistanın Azərbaycanlaimzalayacağı mümkün müqavilələr və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması".
Asif Nərimanlı onu da qeyd edib ki, Armenin gedişi Paşinyanındaxildə siyasi gücünü daha da artıracaq: "Sarkisyan hadisələrin iki mümkünistiqamətdə inkişafını gördüyü üçün istefa verib, yaxud Paşinyanın istefa tələbinərazı olub. Bu o demək deyil ki, Armen proseslərin bu istiqamətdə inkişafına qarşıdır:bir neçə gün öncə "Sky Nyus Arabia" telekanalına müsahibəsində Türkiyə iləmünasibətlərin normallaşmasının doğru siyasət olduğunu bildirmişdi. Armen istədiyiniala bilmədiyi – daha çox səlahiyyətə malik olmayacağı təqdirdə "niyə məsuliyyətibölsün" məntiqi ilə hərəkət edir. Burada erməni diasporunun da mövqeyi həllediciamildir və Armen Ermənistanda istədiyini ala bilməcəyini anladığı üçündiasporla münasibətləri də pisləşdirmək istəmir. Həmin müsahibəsində 2009-cu ilSürix protokollarına toxunur və qeyd edir ki, "Ermənistanın prezidenti və ya başnaziri diasporun dəstəyi olmadan necə saziş imzalaya bilərdi?". Bununla hazırdaAnkara-İrəvan münasibətlərinin normallaşması prosesində də diasporun dəstəyininəhəmiyyətli olduğu mesajını verirdi. Armenin gedişi Paşinyanın daxildə siyasigücünü daha da artıracaq, hərçənd, diasporun ona qarşı mübarizəsi daha da güclənəbilər, xüsusilə Ankara-İrəvan münasibətlərinin normallaşması və qondarma "ermənisoyqırımı" məsələsinin arxa plana keçməsi prosesi sürətləndikcə, beləperspektiv güclənir".
"Ermənistan prezidenti Armen Sarkisyanın istefası Ermənistanhakimiyyəti içərisindəki dərin iqtisadi-siyasi böhranın nəticələrini növbəti dəfəortaya çıxarır".
Bu sözləri isə Azxeber.com-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
 Ermənistanda prezident də 'gəmini' tərk etdi: O qeyd edib ki, ümumilikdə Ermənistan prezidentiArmen Sarkisyan Baş nazir Nikol Paşinyanla yola getmirdi və hakimiyyət daxilindəkibu çarxlar bütün erməni ictimaiyyəti və dünya siyasi arenası üçün də məlum olanhadisələr idi: "Məsələ ondan ibarətdir ki, Nikol Paşinyan uzun müddətdirkonstitusiyada dəyişikliklər etmək istəyir və növbədənkənar parlament seçkilərindəqalib gəldikdən sonra əsas hədəf ölkədə prezidentlik institutunun daha da gücləndirilməsidirvə Nikol Paşinyanın növbəti hədəfi baş nazir kimi deyil, prezident kimi Ermənistandahakimiyyətə gəlmək və siyasi iddialarını gücləndirməkdir. Bütün bu baş verənləriisə Ermənistan prezidenti Armen Sarkisyan yaxşı izləyir və bundan sonra özəllikləErmənistan-Türkiyə arasındakı münasibətlərin normallaşması ilə bağlı danışıqlar,3+3 görüşü çərçivəsindəki bir çox siyasi əlaqələr Ermənistan prezidentininnüfuzsuz qaldığını və proseslərə təsir etmək imkanının olmadığını göstərir. Bubaxımdan Armen Sarkisyan istefa verə bilər. İkinci bir səbəb isə ondan ibarətdirki, Ermənistan prezidenti ərəb ölkələrinə mesajlar verir, səfərlər edir və eynizamanda özünün daha aktiv siyasi fəaliyyətini göstərməyə çalışır".
Politoloq onu da vurğulayıb ki, ola bilsin ki, prezidentinbu siyasi aktivliyi baş nazir Nikol Paşinyanı və onun ətrafındakı siyasıelitanı ciddi şəkildə narahat edir və bu klanlar arası çarpışma sonda Ermənistanprezidentinin geriyə addım atmağı ilə nəticələnmiş olub: "Mən düşünürəm ki,bütövlükdə son yarım il ərzində müdafiə nazirlərinin istefa verməyi, dəyişməyiölkənin xarici konsulluqlarına və səfirliklərinə diplomatların tapılmaması və ənnəhayət Ermənistanda prezidentin istefa verməsi Ermənistan hakimiyyətinin vəbütövlükdə Ermənistandakı siyasi vəziyyətin düşdüyü acınacaqlı vəziyyəti göstərir.Ermənistanın bütün bu proseslərdən qurtulmaq, normal ictimai siyasi münasibətlərsistemi qurmağının tək çarəsi isə Azərbaycan və Türkiyə ilə münasibətlərinormallaşdırmaq və regionda sülh və əminamanlıq mühitinə zərbə vurmamaqdankeçir".
Aydın Nuri

Siyasi       Tarix: 24 yanvar 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 kriminal xeber en son xeberler zelzele