Ermənistanda şok məhkəmə davası: Tsarukyan Paşinyandan "casus" ittihamına görə milyonlar tələb edir
"Çiçəklənən Ermənistan" partiyasının lideri, tanınmış iş adamı Qaqik Tsarukyan Ermənistan Baş naziri Nikol Paşinyana qarşı mülki iddia qaldırıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumat Ermənistanın "Datalex" məhkəmə informasiya platformasında yer alıb.
Qaqik Tsarukyan məhkəmədən tələb edir ki, Nikol Paşinyan onun ünvanına səsləndirdiyi şərəf və ləyaqəti təhqir edən, işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli fikirləri bəyanatla təkzib etsin. Baş nazir müxalif lideri "casus", "kəşfiyyatçı", "agent" adlandırmaqda və digər müxalif siyasətçi Andranik Tevanyanın partiya siyahısına xarici xüsusi xidmət orqanlarının göstərişi ilə daxil edildiyini iddia etməkdə ittiham olunur.
Tsarukyan vurulmuş mənəvi zərərə görə Paşinyandan ümumilikdə 9 milyon dram təzminat tələb edir:
Böhtana görə: 6 milyon dram
Təhqirə görə: 3 milyon dram
Dava sənədləri iyunun 2-də məhkəməyə daxil olub. İşə İrəvan Mülki Məhkəməsinin hakimi Naira Avetisyan baxacaq.
Natiq Səlim,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK