Ermənistanda xarici borcla bağlı göstəricilər daha da pisləşəcək - İİTKM

Ermənistanda xarici borcla bağlı göstəricilər daha da pisləşəcək - İİTKMBeynəlxalq Valyuta Fondu Ermənistan Respublikasının xarici borcunun yüksək həddə olduğu qənaətindədir.
Milli.Az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şərhinə görə 2019-cu ilin sonuna Ermənistan Respublikasının xarici borcu 11,4 milyard ABŞ dolları təşkil edib ki, bunun da 5,8 milyard ABŞ dolları xarici dövlət borcudur. Ötən ilin sonuna xarici dövlət borcunun ümumi daxili məhsula (bundan sonra - ÜDM) nisbəti 42,5 faiz, adambaşına düşən xarici dövlət borcunun məbləği isə təxminən 1900 ABŞ dolları olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, Ermənistanda xarici borcla bağlı göstəricilərin cari ildə daha da pisləşəcəyi proqnozlaşdırılır. Buna səbəb kimi Covid-19 pandemiyasının təsiri ilə ölkədə iqtisadi aktivliyin aşağı düşməsi, büdcə kəsrinin böyüməsi və milli valyutanın ucuzlaşması ilə bağlı gözləntilərin artması göstərilir. Qeyd edək ki, 2020-ci ilin ikinci rübündə rüblük iqtisadi artım ötən ilin müvafiq dövrünə nəzərən 13,7 faiz azalıb. Bunun nəticəsi olaraq vergi yığımları azalmış, iqtisadi aktivliyi dəstəkləmək üçün büdcə xərcləri artırılıb ki, bu da büdcə kəsrinin ÜDM-ə nisbətinin 2,25 faizdən 5 faizədək böyüməsinə səbəb olub. Büdcə kəsrinin böyüməsi yeni borcların cəlb edilməsini şərtləndirmişdir. 2020-ci ilin I yarımilində birbaşa xarici dövlət borcu 175 milyon ABŞ dolları artıb.
Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından sonra dövlətin xarici borc yükünün daha çox artacağı gözlənilir. Belə ki, Ermənistan Respublikasının Maliyyə Nazirliyinin yenilənmiş proqnozlarına əsasən hərbi xərclərin artırılması ilə cari ildə dövlət büdcəsinin kəsrinin ÜDM-ə nisbəti 7,4 faiz təşkil edəcəkdir. Dövlət büdcəsinin kəsrinin borclanma hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Bu isə xarici dövlət borcu hesabına hərbi xərclərin maliyyələşdirilməsi və militarist iqtisadiyyatın formalaşdırılması deməkdir.
Beynəlxalq Valyuta Fondu məzənnə riskinə görə xarici dövlət borcunun səviyyəsinin yüksək olmasından narahatdır. Fond tərəfindən qeyd edilir ki, milli valyutanın ucuzlaşması xarici dövlət borcu ilə bağlı göstəricilərin pisləşməsinə, o cümlədən dövlət borcuna xidmət xərclərinin əhəmiyyətli dərəcədə artımına səbəb ola bilər. Hesablamalara görə, milli valyutanın real effektiv məzənnəsinin 30 faizlik ucuzlaşması ölkənin xarici borcunu ÜDM-in 115 faizinə çatdıra bilər.
Xarici dövlət borcunun yüksək olması ölkənin reytinqlərinə mənfi təsir göstərən amillərdəndir. Ermənistan 2019-cu ildə dərc olunan "Qlobal Rəqabətlilik Hesabatı"nda dövlət borcu indikatoru üzrə 141 ölkə arasında 64-cü yerdə qərarlaşıb. Ümumiyyətlə, Ermənistanın xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti region ölkələri ilə müqayisədə yüksəkdir. Belə ki, 2019-cu ildə sözügedən göstərici Ermənistanda 42,5 faiz olduğu halda, Gürcüstanda 32,3 faiz, Ukraynada 29 faiz, Belarusda 27,1 faiz, Moldovada 14,4 faiz və Qazaxıstanda 6,9 faiz təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər ki, xarici borcun yüksək həddi ölkənin gələcəkdə xarici maliyyə bazarlarından yeni vəsaitlər cəlb edilməsini çətinləşdirə və həmin vəsaitlər üzrə tətbiq ediləcək faiz dərəcələrinin artımına səbəb ola bilər. Ortamüddətli dövrdə ölkənin xarici vəsaitlərə olan tələbinin yüksək olaraq qalacağını nəzərə aldıqda xarici maliyyə bazarlarına əlverişli şərtlərlə çıxış imkanlarının qorunub saxlanılması xüsusi əhəmiyyət kəsb edir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 07 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gune olan xeberler son xeber 2026 havanın temperaturu apa.az xeberler