"Ermənistandan aldığımız mina xəritəsinin dəqiqliyi 25 faizdir" - Hikmət Hacıyev
"Biz Ermənistandan mina xəritələrini almışıq. Amma onların dəqiqlik səviyyəsi yalnız 25 faizdir".
azxeber.com-un Report-a istinadla xəbərinə görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Bizim əsas məqsədimiz məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz şəkildə qaytarılmasıdır. Əlbəttə ki, bu işin sürəti ərazilərin minalardan təmizlənməsindən asılıdır. Azərbaycan hökuməti bunun üçün səylərini əsirgəmir", - o vurğulayıb.
Prezidentin köməkçisi qeyd edib ki, beynəlxalq fondlar minatəmizləmə işinə töhfə verməlidir: "Bunun üçün Azərbaycan unikal model təqdim edir. Biz minalardan təmizlənmiş ölkə modeli təqdim etmək istəyirik. Bu konfrans minalardan təmizlənmənin maliyyələşməsi və innovasiyaların tətbiqi üçün platforma ola bilər. Azərbaycan bu sahədə qlobal fondun yaradılmasını təklif edir".

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti