Ermənistanı məhv edərik! – Türk general hədələdi

Ermənistanı məhv edərik! – Türk general hədələdi10 noyabr bəyanatının imzalanmasından dörd ilə yaxın müddət keçib. Bu müddət ərzində Ermənistan hərbi mənada Azərbaycana qarşı güclənmək üçün silahlanmağa və təlimlərə üstünlük verdi. 
Diplomatik fəaliyyətlərə də nəzər yetirdiyimiz zaman Ermənistanın Rusiyanın yerinə Amerika və AB-ni seçərək, onlarla strateji yaxınlaşmağa başladığını görürük. Bütün bunlarla yanaşı, təxribatlar da davam edir. Beş gün öncə Kəlbəcərdəki mövqelərimiz iriçaplı silahlarla atəşə tutuldu, dünən isə kvadrokopterlə kəşfiyyat uçuşu həyata keçirməyə cəhd etdilər. Bunlar Ermənistanın sülh müqaviləsinin imzalanmasını deyil, yenidən dəmir yumruq yeməyə həvəsli olduğunu göstərir.
KONKRET.azxəbər verir ki,bu sözləri axar.az-a Ermənistan ordusunun son təxribatları haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.
General Türkiyənin hər an Azərbaycanın yanında olduğunu, Ermənistanın yeni müharibəyə cəhd edəcəyi halda dövlət kimi yox olma təhlükəsi ilə qarşı-qarşıya qalacağını vurğulayıb:
"Konstitusiya dəyişiklikləri ilə bağlı da Azərbaycandan vaxt istəyirlər. Yəni prosesi yubadaraq və bütün fürsətlərdən istifadə edərək, silahlanırlar. Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab verəcəklərini açıqladıqları gündə həm də təxribata əl atırlar. Biz Paşinyan hökumətinə kimlərin, hansı ölkələrin cəsarət verdiyini çox yaxşı bilirik. Onların adı Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatında açıq şəkildə qeyd olunub. Amma Paşinyan hökuməti və onun başını sığallayanlar, qızışdırıb ortaya salanlar qəti surətdə yeni müharibəyə başlamaq cəhdinin Ermənistanın ən böyük tarixi səhvi olacağını dərk etməlidirlər. Heç kim Türkiyə və Azərbaycanın səbri ilə oynamamalıdır. Şuşa Bəyannaməsini təkrar-təkrar oxusunlar. Bu sənəd boş-boşuna hazırlanmayıb, imzalanmayıb. Hər kəs bilməlidir ki, Ermənistana kim dəstək verirsə versin, nəticə dəyişməyəcək. Nəyəsə ümid edib səhv addım atsalar, aldıqları silahları işə salmaq bir yana dursun, gözlərini açmağa imkanları olmayacaq. Arxalarında duranlar isə onları ortada qoyub qaçacaq. Biz sülh içində yaşamaq, normal münasibət qurmaq istəyirik, buna görə səbir edirik. Ancaq səbrimizi zəiflik kimi görənlər, geri addım atacağımızı, güzəştə gedəcəyimizi düşünənlər çox böyük səhv edirlər. Vətən müdafiəsində geri addım, güzəşt olmur!"

Siyasi       Tarix: 26 iyul 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


yeni xeberler azerbaycan xeberleri son xeberler hava haqqinda kriminal xeber sou xeberler bugun qurban bayrami 2026