Ermənistanı Ukraynanın aqibəti gözləyir - Volodin
Ukrayna Avropa Birliyinə inteqrasiya etmək qərarına gəldikdə, inkişaf perspektivlərindən danışdı, lakin onun məhsulları Avropa bazarlarına buraxılmadı. Ermənistanı da eyni aqibət gözləyir.
KONKRET.azxəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
"Ukrayna AB ilə inteqrasiya qərarı verərkən inkişaf perspektivlərindən danışdı. Əslində, Ukrayna kənd təsərrüfatı məhsulları Avropa bazarlarına buraxılmadı. Onlara sərt və əlverişsiz tarif kvotaları tətbiq olunmuşdu. Eyni aqibət Ermənistanı da gözləyir", – Volodin bildirib.
O iddia edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə əhalisi ilə AB-yə qoşulmaq barədə açıq danışmır və Aİİ-dən mümkün çıxışın nəticələrini gizlədir.
Onun sözlərinə görə, Ermənistan Aİİ-dən çıxarsa, sakinlər üçün qazın qiyməti təxminən dörd dəfə artacaq, Rusiyadan Ermənistana hazırda ildə təxminən 4 milyard dollar (bütün köçürmələrin üçdə ikisi) təşkil edən pul köçürmələri kəskin şəkildə azaldılacaq, Rusiyaya giriş üçün miqrasiya imtiyazları ləğv ediləcək və işə qəbul yalnız patentlə mümkün olacaq, Ermənistandan çiçək, meyvə, tərəvəz (bibər daxil olmaqla), balıq, spirtli içki və mineral suyun idxalı dayandırılacaq.
Xidmetler [newsid: 0-123300]

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK