Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur - Alen Simonyan da Paşinyanın dediklərini təkrarlayır

Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur - Alen Simonyan da Paşinyanın dediklərini təkrarlayırErmənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana qarşı növbəti təxribat xarakterli bəyanat səsləndirib. Xüsusilə, erməni spiker Bakının Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Ermənistan konstitusiyasının dəyişdirilməsi tələblərini əsassız adlandırıb : "Hüquqi baxımdan bu, əsassız ittihamdır. Məhz Azərbaycan Konstitusiyasında təkcə Ermənistana deyil, digər region dövlətlərinə də ərazi iddiaları irəli sürən oxşar bənd var. Ermənistanının məqsədi  Azərbaycanla sülh müqaviləsi bağlamaqdır və biz bunu tez bir zamanda həyata keçirmək  istəyimizi dəfələrlə bəyan etmişik. Biz də sülh gündəminə sadiqik", – deyə Simonyan bildirib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, əgər Azərbaycanın həqiqətən də Ermənistana ərazi iddiası yoxdursa və Azərbaycan lideri regionda sülh istəyirsə, deməli, top çoxdan Azərbaycanın meydanındadır: "Sülh müqaviləsinin hansı platformada bağlanacağı, necə və harada müzakirə olunmasını təklif etmələri ilə bağlı rəsmi Bakının reaksiyasını gözləyirik. Hətta müxtəlif beynəlxalq tərəfdaşlar da müvafiq platformalar təklif edirlər. Mən ümid edirəm ki, COP29 zamanı Bakıya gələcək beynəlxalq tərəfdaşlar bu müqavilə, Azərbaycanda saxlanılan hərbi əsirlər, Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları barədə danışacaqlar", – deyə erməni spiker  bildirib.
Ermənistan parlamenti spikerinin bəyanatına Azərbaycan Xarici İşlər Nazirliyi dərhal münasibət bildirib. Nazirliyin nümayəndəsi  Ayxan Hacızadə qeyd edib ki, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması ilə bağlı iddialar yalandır: "1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına və 1918-ci il İstiqlal Bəyannaməsinə istinad edən Azərbaycan Konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Bəzi Azərbaycan ərazilərinin sonradan  Ermənistana birləşdirilməsi  tarixi faktdır və inkar edilə bilməz. Bu, o demək deyil ki, hazırda Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddiaları var". -deyə Ayxan Hacızadə bildirib.
COP29 ərəfəsi Ermənistan yenə siyasi oyunlarından əl çəkmir. Simonyan bəyanatında daha sonra bildirib ki,  erməni tərəfinin Bakıda keçiriləcək irimiqyaslı beynəlxalq tədbirdən gözləntiləri çoxdur. Ermənistan ağır cinayətlərdə ittiham olunan Qarabağ separatçılarının həbsdən azad edilməsinə ümid edir. Bu məsələdə İrəvan açıq şəkildə Qərbin dəstəyinə arxalanır.
Digər tərəfdən erməni tərəfi açıq şəkildə sülhə hazır olduğunu nümayiş etdirir və bununla  beynəlxalq ictimaiyyətin gözündə "sülhməramlı ölkə" obrazı yaratmağa səy göstərir. Eyni zamanda dolayısı ilə COP29-da  iştirak etməyə hazır olduğuna işarə edir. Bir neçə gün əvvəl düşmən ölkə mətbuatı Ermənistanın  COP29-da iştirak edib-etməyəcəyinə hələ qərar vermədiyini yazıb.
Maraqlıdır ki, Ermənistan rəhbərliyi  Konstitusiya Məhkəməsinə müraciət edib. Bunu Simonyanın aşağıdakı ifadəsi də aydın şəkildə təsdiq edir: "Konstitusiya Məhkəməsi qərarını verir. Hakimiyyətin rəyi ilə Konstitusiya Məhkəməsinin qərarının ziddiyyət təşkil etdiyinə dair çoxsaylı misallar var".
Əslində Simonyan Nyu-Yorkda BMT tribunasından Paşinyanın  səsləndirdiyi  fikiri təkrarlayıb.  Ermənistanın baş naziri Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmasını təkzib edib və deyib ki, İrəvan guya maraqlı beynəlxalq tərəfdaşlara müfəssəl yazılı sübutlar təqdim edə bilər.
Ermənistan hakimiyyətinin boşboğazlığı o deməkdir ki, İrəvanın mövqeyində Bakı ilə məhsuldar danışıqları davam etdirmək üçün lazım olan konstruktivlik  yoxdur. Ermənistan konstitusiyaya dəyişiklik etmədən  sülh müqaviləsini imzalamaq istəyir ki, bu da ona hərbiləşdirmə və Azərbaycanla yeni müharibəyə hazırlıq baxımından sərbəstlik verəcək. Yeri gəlmişkən, bu ilin mayında parlamentdə jurnalistlərlə söhbəti zamanı Simonyan oxşar bəyanatlar səsləndirərək Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması prosesinin tezləşdirilməsinin vacibliyini demişdi. Hətta  2023-cü ilin noyabrında erməni spiker  beynəlxalq ictimaiyyəti inandırmağa çalışırdı  ki, əgər siyasi iradə olarsa, 15 gün ərzində Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalana bilər.
Amma  Bakı İrəvanın  hiyləgər planını çoxdan anlayıb. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev bu yaxınlarda İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində bir daha açıq şəkildə vurğulayıb ki, Ermənistan Qarabağdan əl çəkməli, konstitusiyanı dəyişdirməli və demilitarizasiya etməlidir". Bu, Bakının üç əsas tələbidir ki, onlar yerinə yetirilmədən Ermənistanla heç bir sülh müqaviləsindən söhbət gedə bilməz.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 02 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünkü son xəbərlər idman xeberleri valyuta məzənnələri sou xeberler bugun